Qarabağ döyüşçülərinin şeirlərini bir kitaba topladılar - “İgidlərin sözü” - ednews.net

28 Oktyabr, Cümə axşamı

Qarabağ döyüşçülərinin şeirlərini bir kitaba topladılar - “İgidlərin sözü”

Cəmiyyət A- A A+

Vətəni şəhidlər, qazi, döyüşçü qanı müqəddəs edir. Azərbaycan Ordusunun müzəffər oğulları həm döyüşməyi, həm də söz deməyi bacarırlar. 30 ildir ki, canlarını “uf” demədən Vətənə qurban edən həmin oğulların adları Vətən tarixinə qanları ilə yazılıb. Onların arasında sözü ilə də tarixləşən, yaddaşlarda qalan şəhidlərimiz, qazilərimiz, Vətən müharibəsi iştirakçılarımız vardır.

EDNews.net xəbər verir ki, “Söz” ədəbi layihəsi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə tezliklə  “İgidlərin sözü!!!” adlı antalogiya işıq üzü görəcək.

Bu gündən etibarən layihə çərçivəsində döyüşən əsgərlərimzin şeirləri öz ifalarınd, “SÖZ” layihəsinin pərəstişkarlarına və geniş oxucu kütləsinə təqdim edilir. Sözlü-söhbətli igidlərimiz həm də 6 oktyabrda Bakıda keçirilən  Beynəlxalq Kitab sərgisində çıxış edəcəklər.

“İgidlərin sözü” kitabında toplanan şeirlərin, esselərin içərisində  həm də döyüşlər gedən anda yazılanları vardır. Bizim şəhidlərimiz və igidlərimiz həm süngüləri ilə döyüşüb, həm də qələmləri ilə tarix yazıblar! Bu şeirlər çox gözəldir! Bu şeirlərdən güllə səsi,  torpaq ətri, barıt qoxusu, qan qoxusu, Vətən qoxusu gəlir!

Xatırladaq ki, “İgidlərin sözü” kitabının ideya müəllifi  “SÖZ” ədəbi layihəsinin rəhbəri  Nigar xanım HƏSƏNZADƏ, kitabın redaktoru isə Aida Eyvazlı GÖYTÜRK-dür.

“İgidlərin sözü” kitabında   aprel şəhidləri Nazim Şamaxılı, Mikayıl Vahabzadə, Mirsalam Cəfərov,  II Qarabağ şəhidləri polkovnik-leytenant  Elzamin Təhməzov,   mayor Mehman Süleymanov,  şəhid əsgərlər Şahgündüz  Cabbarov, Murad Nəbiyev, Vətən müharibəsi iştirakçıları Vüsal  Hətəmov,  Kərəm  Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu, Tofiq Əhməd, Eyvaz Əyyub, Araz Əfəndi, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayevin  yaradıcılıqları yer alıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...