27 sentyabr Anım Günü ərəfəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin təşkilatçılığı ilə memorial.az saytının və "Yaddaş kitabı"nın təqdimatı həyata keçirilib.
EDNews.net APA-ya istinadən xəbər verir ki, memorial.az saytının baş redaktoru Vüsal Məmmədov bildirib ki, indiyə qədər istər sosial şəbəkələrdə, istər Kütləvi İnformasiya Vasitələrində şəhidlərlə bağlı çoxlu sayda məlumatlar dərc edilib: "Amma məlumatlar geniş şəkildə yayılsa da bir pərakəndəlik var idi. Şəhidlərlə bağlı məlumatların davamlı olmasını istəyirik. Saytda daha geniş məlumatlar üçün şəhid ailələri ilə sıx əlaqədə olacağıq. Bəzi şəhidlərin övladları məktəbə getdi, onlar barədə məlumat yerləşdirmişik, bəzi şəhidlərin övladlarını onların dostları məktəbə apardı. Bundan sonra onların virtual həyatlarını davam etdirəcəyik".