Jurnalist Nicat Nəsirli vəfat etdi - ednews.net

1 Dekabr, Çərşənbə

Jurnalist Nicat Nəsirli vəfat etdi

Cəmiyyət A- A A+

Tanınmış jurnalist Nicat Nəsirli vəfat edib.

EDNews.net xəbər verir ki, bu barədə mərhumun dostları bildiriblər.

Qeyd edilib ki, beynində bədxassəli şiş aşkarlanmış N.Nəsirli bu ayın əvvəlində əməliyyat olunmaq üçün Türkiyəyə gedib. O, sentyabrın 14-ü və 18-də iki ağır əməliyyat keçirib. Əməliyyatlardan sağ çıxsa da, bu gün - sentyabrın 29-da vəfat edib.

N.Nəsirli Prezident yanında Dövlət İdarəçilik Akademiyasının məzunu idi. AzTV-də və digər KİV-lərdə, Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri vəzifəsində çalışmışdı.

Son illər kənd təsərrüfatı üzrə ekspert qismində çıxışlar edirdi. Mərhumun bir qız, bir oğlan övladı var.

Allah rəhmət eləsin...

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...