“Mehmanxana” kateqoriyasına aid olan yerlər üçün ulduzlaşma məcburi olacaq - ednews.net

5 Dekabr,

“Mehmanxana” kateqoriyasına aid olan yerlər üçün ulduzlaşma məcburi olacaq

Cəmiyyət A- A A+

“Mehmanxana” kateqoriyasına aid olan yerləşmə vasitələri üçün ulduzlaşma məcburi olacaq.

EDNews.net-in məlumatına görə, bu, Milli Məclisin payız sessiyasının qanunvericilik işləri planına daxil edilən “Turizm haqqında” qanun layihəsinin ilkin versiyasında əksini tapıb.

Qanun layihəsində qeyd edilib ki, “mehmanxana” kateqoriyasına aid olan yerləşmə vasitələri üçün ulduzlaşmanın məcburi olması mehmanxanalar tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin artmasına, beynəlxalq standartlara uyğunlaşdırılmasına səbəb olacaq. Bundan əlavə, mehmanxananın ulduz kateqoriyasının müəyyən edilməsi onların onlayn rezervasiya platformalarında qeydiyyatı prosesini asanlaşdıracaq, həmçinin təklif edilən xidmət səviyyəsi barədə turistlərdə aydın təəssürat yaradacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...