İcbari tibbi sığorta üzrə məlumat bazası yaradılacaq - ednews.net

8 Dekabr, Çərşənbə

İcbari tibbi sığorta üzrə məlumat bazası yaradılacaq

Cəmiyyət A- A A+

İcbari tibbi sığorta üzrə məlumat bazası yaradılacaq.

EDNews.net-in məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "İcbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) formalaşdırılması və istifadə Qaydası, o cümlədən həmin məlumat bazasına (elektron informasiya ehtiyatına) inteqrasiya edilməli olan informasiya sistemlərinin və resurslarının siyahısı, həmin məlumatlara buraxılış dərəcəsi"ndə əksini tapıb.

Qərara əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi icbari tibbi sığorta üzrə məlumat bazasının (elektron informasiya ehtiyatının) aidiyyəti dövlət informasiya ehtiyatları və sistemləri ilə əlaqələndirilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təmin etməlidir.
Məlumat bazasına inteqrasiya ediləcək dövlət orqanlarının (qurumlarının) informasiya sistemləri və resursları da müəyyənləşib. Məlumat bazası aşağıda qeyd olunan dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərindən və resurslarından istifadə etməklə elektron qaydada formalaşdırılır:
- Ədliyyə Nazirliyi;
- Daxili İşlər Nazirliyi;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
- Səhiyyə Nazirliyi;
- İqtisadiyyat Nazirliyi;
- Dövlət Miqrasiya Xidməti

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...