1 yaşdan aşağı uşaqlar koronavirusla bağlı risk qrupudur, xəstəliyi ağır keçirir - Səhiyyə Nazirliyi - ednews.net

6 Dekabr, Bazar ertəsi

1 yaşdan aşağı uşaqlar koronavirusla bağlı risk qrupudur, xəstəliyi ağır keçirir - Səhiyyə Nazirliyi

Cəmiyyət A- A A+

“1 yaşdan aşağı uşaqlar koronavirusla bağlı risk qrupudur və xəstəliyi ağır keçirirlər”.

EDNews.net-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov "Yenidoğulmuşlarda görülən xəstəliklər" mövzusunda çıxışında deyib.

O bildirib ki, körpələrdə bu xəstəlik daha çox tənəffüs çatışmazlığı ilə müşahidə olunur: “Bəzən tənəffüs çatışmazlığı o qədər ağır olur ki, həmin körpələr süni tənəffüs aparatına qoşulur. COVID-i keçirəndən 2-6 həftə sonra bəzi uşaqlarda ağır iltihabi bir proses başlaya və ürək, böyrək, ağciyərləri tuta bilir. Bu da virusun fəsadı ilə bağlıdır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...