Ata Abdullayev hönkür-hönkür ağladı

Cəmiyyət 15:49 19.10.2021

Hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunan qalmaqallı bloqer Ata Abdullayevin cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilib.

EDNews.net-in virtualaz.org-a istinadən verdiyi xəbərə görə, A.Abdullayev yenə də özünə xas üslubda çıxış edib,  daha sonra günahının nədən ibarət olmasını və həbsinin səbəbini bildiyini deyib. Hərçənd bu “əsl səbəbin” nədən ibarət olduğu haqda danışmayıb. O, məhkəmədə göz yaşları axıdıb və hakimə “ata” deyib: “Cənab hakim, atam yoxdur, bir ata kimi sizdən xahiş edirəm, məni buraxın...”

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, A.Abdullayev müxtəlif şəxslərdən onların barəsində  rüsvayedici məlumatlar yaymaq hədəsi ilə pul tələb edib. İttihama əsasən, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi Avropa Oyunları və Formula-1 yarışlarıyla bağlı Əməliyyat Komitəsində çalışan Elmar Əliyevə zəng vuraraq ondan 10 min manat istəyib. Nəticədə  ondan 2400 manatlıq iPhone 11 Pro Max telefonu alıb.

Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan isə 6000 pul istəyib. O, Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib. Aşmış ağacı videoya çəkərək, sahibkar Cəmil Babayevi ağacları kəsməkdə ittiham etməklə ondan da pul tələb edib. Sabunçuda sahibkar Elçin Əliyevi qanunsuz tikinti aparmaqda ittiham edərək, ondan 15000 manat pul tələb edib.

A.Abdullayev ona elan olunmuş ittihamla razılaşmayıb və məhkəmə zalında iştirak etmək istəmədiyini deyib: “Məni buradan çıxarın. Haqqımı sizə halal edirəm. Nə qədər istəyirsiz, hökm oxuyun. Canım sizə fəda olsun”

Zərərçəkmiş Elmar Əliyev məhkəməyə ifadəsində deyib ki, Ata Abdullayevlə bir neçə dəfə telefon danışıqları olub: “Həyatda görməmişdim, sosial şəbəkələrdən tanıyırdım. Telefonda mənimlə aqressiv danışırdı. Nə dediyini anlamaq olmurdu. Mənim biznes şərikim vardı, onunla aramızda problemimiz oldu. Bundan sonra Ata Abdullayev mənə zəng vurub dedi ki, sən məmursan, dövlətin malını yeyirsən, talayırsan. Guya mən Avropa Oyunlarından sonra Olimpiya kəndində evlərdən mebelləri və başqa əşyaları mənimsəmişəm, satmışam. Bunlar hamısı yalandır. Fikirləşdim ki, ictimaiyyət arasında tanınan adam deyiləm, məmur da deyiləm, niyə mənə zəng eləsin? Mən müqavilə işləyən mühasib olmuşam. İngilis dilini bildiyimə görə dəvət ediblər, xarici mütəxəssislərlə işləmişəm. Sonradan başa düşdüm ki, şərikim Turalın sifarişidir. Özü də növbəti zəngdə mənə dedi ki, sən Turalı döymüsən və s. O zaman lap əmin oldum. Pulu vermədim, canlı yayım açıb, mənim haqqımda danışdı. Özüm baxmamışdım, amma zəng eləyib mənə xəbər verdilər. Əvvəl 10 min demişdi, sonra iPhone istədi. Dostumdan xahiş elədim, 2400 manata aldı, apardı Ata Abdullayevin göndərdiyi adama verdi. Dostum telefonu alanda kodunu çəkib saxlamışdı. Bundan sonra Ata Abdullayev məndən əl çəkdi, canlı yayımı da sildi”.

Zərərçəkmiş bildirib ki, hüquqi məsələlərin həlli üçün mərhum vəkil Adil İsmayılovla müqavilə bağlayıb. Mərhum vəkilin bununla bağlı A.Abdullayevlə telefon danışığı olub: “Ata Abdullayev məni elə təqdim edirdi, elə bil nazirəm, ya da nazir müaviniyəm. Hamı bilir ki, bu adam pulla sifarişlər yerinə yetirir”.

A.Abdullayev zərərçəkmişin yalan danışdığını, onun haqqında heç bir video yaymadığını, onu şantaj etmədiyini, E.Əliyevdən telefon aldığını təsdiqləyən heç bir sübut olmadığını deyib.

Zərərçəkmiş isə sonda A.Abdullayevə verdiyi mobil telefonun qaytarılmasını tələb edib.

Məhkəmə prosesi oktyabrın 26-da davam edəcək.

Azərbaycanın təhlükəsizlik orqanlarının yaranması günüdür - VİDEO

Xəbər xətti

Putinin terror aktından sonra "Crocus"a niyə getməməsinə aydınlıq gətirilib
14:25 28.03.2024
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
14:09 28.03.2024
Simonyan və Paşinyanın haçalanan fikirlərinə erməni ekspertdən ŞƏRH
14:00 28.03.2024
Peskov: “Crocus"un gələcək taleyi Kremlin gündəmində deyil
13:55 28.03.2024
“Lifttəmir”in direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb
13:45 28.03.2024
ABŞ-də hərbi helikopter qəzaya uğrayıb
13:40 28.03.2024
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
Azərbaycan İstanbulda keçiriləcək beynəlxalq qida məhsulları və texnologiyaları sərgisinə qatılacaq
13:30 28.03.2024
Bakı meriyasında müşavirə keçirilib, “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib
13:20 28.03.2024
Gənclər Paytaxtında teatr əsaslı təlim düşərgəsinə yekun vurulub
13:12 28.03.2024
Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ
13:02 28.03.2024
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
Emin Ağalarov “Crocus”da qapıların bağlı olmasının səbəbini AÇIQLADI
12:54 28.03.2024
Sabah 20 dərəcə isti olacaq
12:45 28.03.2024
“Bu ərazilər Azərbaycana sülh yolu ilə qaytarılacaq” – İlyas Hüseynov
12:30 28.03.2024
Sabah dumanlı hava gözlənilir
Sabah dumanlı hava gözlənilir
12:27 28.03.2024
Ombudsman Xankəndidə erməniəsilli sakinlərlə görüşüb, sığınacağa baş çəkib
12:23 28.03.2024
"Aİ nümayəndələrinin diqqəti yalnız Rusiyaya qarşıdır" - Mariya Zaxarova
12:17 28.03.2024
“Macarıstan ABŞ-ın birbaşa diqtəsinə qulaq asmır” – Politoqdan AÇIQLAMA
12:15 28.03.2024
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:09 28.03.2024
Tanışını öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi
12:06 28.03.2024
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
Putindən “Rusiya ruslarındır” bəyanatına tənqid
11:55 28.03.2024
Mərkəzi Bank uçot dərəcəsini AZALTDI
11:52 28.03.2024
Toyda gəlinə verilən hədiyyə boşananda BÖLÜNMƏYƏCƏK
11:50 28.03.2024
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
Finlandiya kəşfiyyatından "rus casusu" xəbərdarlığı
11:45 28.03.2024
Mərkəzi Bankdan inflyasiyaya dair proqnozla bağlı AÇIQLAMA
11:43 28.03.2024
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
Zelenski: Ukrayna Hindistanla əlaqələrini kəsməlidir
11:40 28.03.2024
Paşinyan "mühacir Qarabağ hökumətini" tanımadığını bildirib
11:39 28.03.2024
ABŞ-Ermənistan-Aİ müştərək konfransı Azərbaycana təzyiq planının tərkib hissəsidir - deputat Könül Nurullayeva
11:30 28.03.2024
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
Türkiyənin bu küçələrinə azərbaycanlı şəhidlərin adı verilib
11:24 28.03.2024
Ermənistan hökuməti separatçıların İrəvandakı açıqlamalarına göz yumur - BƏYANAT
11:20 28.03.2024
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
Rusiya şəbəkəsi ifşa edildi, ölkədə həyəcan təbili çalındı
11:15 28.03.2024
KTMT-nin Baş katibi: "Ermənistanla münasibətləri təhlil edirik"
11:11 28.03.2024
Rusiya ulduzları Müslüm Maqomayevin mahnılarından ibarət albom yazdı
11:07 28.03.2024
Qalaktikadakı nəhəng qara dəliyin YENİ FOTOSU
11:06 28.03.2024
Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilib
11:05 28.03.2024
ABŞ Dövlət Departamentinin əməkdaşı ölkəsini soyqırıma şərait yaratmaqda günahlandırıb
11:03 28.03.2024
Putin Qərbə xəbərdarlıq edib
Putin Qərbə xəbərdarlıq edib
11:00 28.03.2024
Sülh müqaviləsinin imzalanması reallaşır? – Paşinyanın Fransa nümayəndəsi ilə görüşünün GİZLİ MƏQAMLARI
10:45 28.03.2024
Əli Nağıyev: Ermənistanla sülh müqaviləsinin imzalanması üçün yaranmış şərait Fransanı ciddi narahat edir
10:35 28.03.2024
Deportasiya edilən təxribatçı sığınacaq istədi
Deportasiya edilən təxribatçı sığınacaq istədi
10:30 28.03.2024
Bakıda döyüş tətbiqinə yararlı qumbara və partladıcı tapıldı
10:25 28.03.2024
Hamısı