Emin Ağalarovun Bakıdakı şirkətləri cərimələnir - ednews.net

3 Dekabr, Cümə

Emin Ağalarovun Bakıdakı şirkətləri cərimələnir

Cəmiyyət A- A A+

Xalq artisti Emin Ağalarovun Bakıdakı iki şirkəti cərimələnir. Bununla bağlı cərimə protokolunu səlahiyyət sahibi olan Azərbaycan Mərkəzi Bankı tərtib edib Nəsimi Rayon Məhkəməsinə göndərib.

EDNews.net Banker.az-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə (İXM-də valyuta tənzimi qaydaları pozulması) iki şirkət – “Crocus” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Breeze” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində protokol tərtib edilib.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

Breeze Hotel MMC (Sea Breeze Hotel) 2010-cu ildə yaradılıb, Bakının Bilgəh qəsəbəsində dəniz kənarında yerləşən turizm kompleksidir. Otelin qanuni təmsilçisi əsas səhmdarla qohumluq əlaqələri olan Cəmilə Teymur qızı Ağalarovadır. O, həmçinin Breeze Hotel MMC ilə eyni ünvan və eyni tarixdə təsis edilən Crocus Trading MMC-yə qanuni rəhbərlik edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...