DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub

Cəmiyyət 10:59 26.10.2021

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda yaradılan, geniş, çoxşaxəli fəaliyyət sahələrini əhatə edən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə mediatur təşkil olunub.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın iştirakı ilə oktyabrın 22-də açılışı olan Mərkəz əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi və cəmiyyətə təqdim edilməsində geniş inklüziv imkanlar açır. Mərkəz həssas qrupların cəmiyyətə inteqrasiyasına,  sosial-mədəni mühitin inklüziv çalarlarla daha da zənginləşməsinə mühüm dəstəkdir.

Tikintisi PAŞA Holdinq tərəfindən maliyyələşdirilən, “Cobalt Architecture and Design” şirkətinin arxitektura, layihələndirmə və təşkilati yönümlü dəstək verdiyi Mərkəz bu baxımdan ölkəmizdə daha bir uğurlu sosial tərəfdaşlıq nümunəsidir.

Mərkəzdə 5 yaşdan yuxarı şəxslərin qəbul ediləcəyi, burada eyni vaxtda 100-dək şəxsə müxtəlif peşələrin öyrədiləcəyi, 60 işçinin, 20 DOST könüllüsünün çalışacağı bildirilib.

Media nümayəndələri 121 nəfərlik auditoriumdan, kitabxanadan, 9 müxtəlif studiya və inzibati otaqlardan, yeməkxanadan ibarət DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olublar. Xalçaçılıq və toxuma studiyasında olarkən qeyd edilib ki, burada Azərbaycan xalçaçılıq sənəti, onun əsas 7 xalçaçılıq məktəbinin əsasları tədris ediləcək. Taxta-metal üzərində oyma emalatxanasında ağac, metal, daş üzərində bədii oyma sənəti, keramika studiyasında dulusçuluq (gilin, keramik əşya və dekorativ məmulatların hazırlanması və s.), təsviri sənət studiyasında kətan, kağız, şüşə, ipək və s. üzərində rəsmlər işlənməsi tədris olunacaq.

Jurnalistlər həmçinin floristika və landşaft studiyasında olublar. Studiyada floristika və landşaft dizaynının təlimi, süni, qurudulmuş və canlı güllərdən natürmortların, kompozisiyalarının hazırlanması, terrarium, bitki rezervuarlarının dizaynı və s. üzrə bacarıqlar inkişaf etdiriləcək.

Səsyazma və media, rəqs otaqları, musiqi studiyası ilə tanış olan  KİV nümayəndələrinə otaq və studiyanın fəaliyyət profilləri barədə ətraflı məlumat verilib. Mərkəzin 64 nəfərlik yeməkxanasında isə eyni zamanda əlilliyi olan şəxslərə milli və Avropa kulinariyası üzrə təlimlər, kulinariya yarmarkaları və s. təşkil ediləcəyi bildirilib.

Media təmsilçiləri Mərkəzdə teatr quruluşları, müxtəlif musiqili konsert proqramları və s. üçün nəzərdə tutulan 121 yerlik, həmçinin ön hissədə əlil arabalarının yerləşdirilməsi üçün kiçik sahəsi olan auditorium, kitabxana ilə tanış ediliblər. Onlara inklüziv teatrlar və Nazirliyin  “Bərabərik” layihəsinə dair videotəqdimat edilib. Kitabxanada Azərbaycan ədəbiyyatına, həmçinin müxtəlif peşə və sənət tədrisinə aid kitablar vardır. Burada görmə məhdudiyyətli şəxslər üçün brayl əlifbası ilə olan kitablardan ibarət güşələr də yaradılacaq. Eləcə də əlilliyi olan şəxslərin kitablarının təqdimatı, məşhur yazıçıların iştirakı ilə qiraət, imza günləri keçiriləcək.

Nazirliyin nəşr etdirdiyi növbəti “Əlillik qüsur deyil” kitabı barədə də məlumat verilib.

Mərkəzin geniş həyətyanı sahəsində reabilitasiya məqsədli meditasiya, yoqa, digər fiziki təlimlər, müxtəlif sərgilər və s. təşkil olunacağı qeyd edilib.

Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
Hamısı