Zərdab rayonunda 13 yaşlı dərs əlaçısı Nuriyyə İsayeva indidən zərif çiyinlərinə ağır yük götürüb ailəni dolandırır. Rayonun Çallı kənd sakini dərsdən sonra boş vaxtlarında pambıq yığmaqla məşğuldur. Bu yaşda məktəblinin zəhmətə qatlaşmasının səbəbi isə ailəsinin üzləşdiyi çətinliklərdir.
Nuriyyənin atası açıq ürək əməliyyatı keçirib. Bundan sonra Samir İsayev, vəziyyətinin ağırlaşması ilə bağlı aidiyyatı qurumlara müraciət ünvanlasa da, müsbət cavab ala bilməyib. O, hazırda səhhətində ağırlaşma müşahidə olunduğunu və maddi imkanı olmadığından dərmanlarını ala bilmədiyini deyir. Samir İsayev üç qız atasıdır.
Nuriyyə atasının dərmanlarını almaq üçün şənbə və bazar günləri anası və nənəsi ilə birlikdə pambıq yığmağa gedir. O, dərslərində əlaçı olduğunu deyir. Gün ərzində yığdığı 35-40 kq pambığa görə 7-8 manat alır.
Daha ətraflı videoda: