BAMF prezidenti Əl-Cəzirə Media Şəbəkəsinin 25 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb - ednews.net

27 Yanvar, Cümə axşamı

BAMF prezidenti Əl-Cəzirə Media Şəbəkəsinin 25 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb

Cəmiyyət A- A A+

Noyabrın 1-də dünyanın ən nəhəng media qurumlarından olan Əl-Cəzirə Media Şəbəkəsinin yaranmasından 25 il ötür.

1996-cı ildə əsası qoyulan Əl-Cəzirə ilk olaraq yalnız ərəb dünyasına bağlı gündəlik xəbərlərlə yayıma başlasa da, sonra digər tematik kanalları da tərkibinə qataraq böyük bir beynəlxalq şəbəkəyə çevrilib.  

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə Əl-Cəzirə Media Şəbəkəsi arasında 10 ildir uğurlu əməkdaşlıq əlaqələri mövcuddur. Təşkilatın yaranmasının ildönümü ilə əlaqədar BAMF prezidenti Umud Mirzəyev Əl-Cəzirə Media Şəbəkəsinə təbrik məktubu ünvanlayıb.

BAMF Prezidenti Əl-Cəzirə Media Şəbəkəsinin İdarə Heyətinin sədri Sheikh Hamad bin Thamer bin Mohammed Al Thaniyə ünvanladığı məktubda Əl-Cəzirə Media Şəbəkəsini 25 illik yubileyi münasibətilə ürəkdən təbrik edərək, kanalın rəhbəri başda olmaqla bu illər ərzində qurumun fəaliyyətində əməyi olan hər kəsə uğurlar arzu edib. 

Məktubda deyilir:

“Sizi Əl-Cəzirə Media Şəbəkəsinin 25 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Şəxsən Siz başda olmaqla bu illər ərzində Əl-Cəzirə Media Şəbəkəsinin fəaliyyətində əməyi olan hər kəsə uğurlar arzu edirəm. Düşünürəm ki, bəşəriyyətin rifahı və dünyamızın gələcəyi naminə təmənnasız fəaliyyətinizə görə dünya media aləmində yetərincə nüfuza sahibsiniz.

Əsrin dörddə birinə bərabər olan 25 illik fəaliyyətiniz özünü ifadə etmək üçün kifayət qədər vaxtdır. Əl-Cəzirə Media Şəbəkəsi bir xəbər kanalı kimi yayımlanmağa başladığı ilk gündən etibarlı mənbələrə istinad edib, haqqı pozulanın, doğru sözün və ədalətin yanında olub. Məhz elə buna görə də bu gün, Əl-Cəzirə Media Şəbəkəsinin şərəfli bir tərcümeyi-halı formalaşıb. Bu hər şeydən əvvəl Əl-Cəzirə Media Şəbəkəsinin hər zaman istinad etdiyi özünün ana yasasından, insan haqları və söz azadlığı ilə bağlı beynəlxalq qanunvericiliyə, bəyannamələrə, konvensiyalara, etik normalara və dəyərlərə sədaqətindən qaynaqlanır. 

Bizim üçün çox xoşdur ki, bir zaman uca yaradanın adiyla əsası qoyulan Əl Cəzirə Media Şəbəkəsi bu gün dünyanın ən nəhəng media qurumlarından biri kimi obyektiv xəbər, söz və insan haqlarının qorunması, eləcə də media sahəsində müasir biliklərin öyrənilməsində peşəkarlığın ünvanıdır.  

Əl-Cəzirə Media Şəbəkəsi ilə BAMF arasındakı əlaqələr dünyanı yaxşılığa doğru dəyişmək istəyinə və etimada əsaslanır. Mən “Al Jazeera Media Network” ilə gələcəkdə də uğurlu əməkdaşlığımızın olacağına inanıram.

Son olaraq, gələcək fəaliyyətinizdə Sizə bir daha uğurlar arzulayıram”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...