"Bu marafon təkcə 7 noyabrda deyil, hər gün, hər an keçirilməlidir" - Umud Mirzəyev - VİDEO - ednews.net

17 Yanvar, Bazar ertəsi

"Bu marafon təkcə 7 noyabrda deyil, hər gün, hər an keçirilməlidir" - Umud Mirzəyev - VİDEO

Cəmiyyət A- A A+

İctimai TV-nin “Sabaha saxlamayaq” verilişində 7 Noyabr tarixində keçiriləcək YAŞAT Xeyriyyə marafonu müzakirə edilib. Verilişdə YAŞAT Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, YAŞAT Fondu Himayəçilər Şurasının üzvü Anar İsgəndərov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin dosenti Boran Əzizov, yazıçı, publisist, Əməkdar jurnalist Zemfira Məhərrəmli, Qarabağ qazisi, qazilər.az saytının rəhbəri Rey Kərimoğlu, Birinci Qarabağ müharibəsi iştirakçısı, sosial məsələlər üzrə ekspert İlqar Hüseynli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Rəşadət Hidayətov və könüllü Haldun Novruzzadə iştirak ediblər.

Verilişdə çıxış edən BAMF prezidenti Umud Mirzəyev bildirib ki, xeyriyyə işi ilə məşğul olmaq cəmiyyətin vətəndaş cəmiyyətinə çevrilməsidir. O, qeyd edib ki, bu marafon təkcə 7 noyabrda deyil, hər gün, hər an keçirilməlidir. 

"Beynəlxalq Avrasiya Mətbuat Fondu o marafonda birinci sırada iştirak edəcək və vətəndaş cəmiyyəti qurumu olaraq öz töhfəsini də verəcək.

Biz tarixi günlər yaşadıq. 30 il bizim üçün üz qarasına, ayaqlarımızda buxova çevrilmiş bir problemi həmrəyliyimizin hesabına çözdük.

Həmin günlərdə biz Rey Kərimoğlu ilə cəbhə bölgəsindəydik. Tərtər ən çox bombalanan şəhər idi. Şəhərdə evlərindən çıxmağa məcbur qalan insanlara qonşu Bərdə rayonunda hər kəs öz evinin qapısını açmışdı. Biz qələbəyə bununla nail olduq. Bizim öndə olan igid əsgərlərimizdən 100-200 metr aralıda maşınlarla yardım gətirən insanlar axışırdı. Mən bunun şahidi olmuşam, o yardımların bölüşdürülməsində iştirak etmişəm. Biz şəhid anaları və qazilərin yanında olmaqla yanaşı, azad edilən torpaqlarda yuvaları qurmalıyıq.

Bizim xalqın tarixində xeyriyyə ilə bağlı minlərlə misallar çəkmək olar. 100 il öncə Atatürk Qurtuluş savaşı illərində bir müraciət etdi. Türkiyəli qardaşlarımız ağır müharibə aparırdı. Bu zaman Azərbaycandan kerosin, benzin vaqonları, 500 kq qızıl yardım göndərilmişdi”.

“Vətən müharibəsi zamanı və sonrakı dövrdə diasporumuz böyük işlər görüb. "Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzi" tərəfindən Ağcabədi rayonunun Minəxorlu kəndində şəhid Tariel Atayevin ailəsi üçün üç otaqlı ev tikilir. Buradan diaspora üzvlərinin bu təşəbbüsünü təqdir edir və çağırış edirəm ki, bu işlərdə daha da həmrəy olsunlar", - deyə Umud Mirzəyev bildirib.

Daha ətraflı video süjetdə:

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...