Azərbaycanda Zəfər Günü tədbirləri başlayıb - ednews.net

21 Yanvar, Cümə

Azərbaycanda Zəfər Günü tədbirləri başlayıb

Cəmiyyət A- A A+

Azərbaycanda Zəfər Günü tədbirləri başlayıb.

EDNews.net xəbər verir, ölkənin şəhər, rayon və kəndlərində Qarabağda qazanılan Böyük Qələbənin birinci ildönümü qeyd edilir.

İnsanlar axın-axın Şəhidlər xiyabanlarını ziyarət edir, Vətən uğurunda canlarından keçənlərin ruhuna dualar oxuyurlar.

Küçələr, binaların eyvanları və fasadları Azərbaycan bayrağı ilə bəzədilib.

Azərbaycanın məscidlərində “Şükür” namazları qılınır.

Saat 10:00-da Bakıda genişmiqyaslı yürüş başlayacaq. Aksiya Azneft dairəsindən start götürəcək və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...