Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb - ednews.net

5 Dekabr,

Bakının mərkəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılıb

Cəmiyyət A- A A+

Bakıda 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirlərlə əlaqədar təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə bütün növ nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

EDNews.net-in xəbərinə görə, məhdudiyyət paytaxt ərazisində keçirilən tədbirlə əlaqədar saat 07:00-dan tədbir başa çatana qədər nəzərdə tutulub.

Qeyd edək ki, yürüş "Azneft" dairəsindən başlayaraq şəhərin mərkəzinə doğru “Zəfər Parkı”na qədər nəzərdə tutulub. Tədbirlə əlaqədar “Azneft” dairəsi, Neftçilər prospekti, Kövkəb Səfərəliyeva, Azadlıq, Bülbül, Rəsul Rza, Yusif Səfərov, İstiqlaliyyət küçələri istiqamətində Ağ Şəhər Bulvarı olmaqla avtomobillərin hərəkət istiqamətləri dəyişdirilib.

Bundan başqa, avtomobillərin 20-ci Sahə dairəsində şəhər istiqamətinə gəlməsi, Bayıl qəsəbəsi daxili küçələri ilə hərəkət Mehdi Hüseyn, Teymur Elçin küçələri ilə Parlament prospektinə çıxış nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...