Şuşada ermənilərin atıb getdiyi 19 raket sistemi TAPILDI - ednews.net

7 Dekabr, Çərşənbə axşamı

Şuşada ermənilərin atıb getdiyi 19 raket sistemi TAPILDI

Cəmiyyət A- A A+

Erməni hərbi birləşmələrinin Şuşa şəhəri ərazisində atıb qaçmağa məcbur olduğu silah sursatlardan təmizlənməsi üçün Şuşa Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə nəzarət-profilaktiki tədbirlər görülür.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, son bir il ərzində keçirilən tədbirlərlə xeyli sayda silahlar, partlayıcı maddələr və digər sursatlar aşkar edilib.

Polis əməkdaşları şəhər ərazisindən və ətraf kəndlərdən 5 mina, 31 avtomat, 4 pulemyot, 6 qumbaraatan, 207 qumbara və digər partlayıcı maddələr, 78 müxtəlif növ mərmi, 19 “Foqot” və digər idarə olunan raket sistemləri, 45 mindən artıq müxtəlif çaplı patronlar və başqa sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Bundan başqa Şuşa Rayon Polis Şöbəsinin Daşaltı kəndində keçirdyi tədbirlər nəticəsində çəkisi 1 ton 600 kiloqramdan artıq olan 2437 ədəd çətənə bitkisi məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...