İcra başçısının çıxışı zamanı şəhid qızının bu addımı gündəm oldu - VİDEO - ednews.net

20 Yanvar, Cümə axşamı

İcra başçısının çıxışı zamanı şəhid qızının bu addımı gündəm oldu - VİDEO

Cəmiyyət A- A A+

Göyçayda keçirilən tədbirlərin birində maraqlı anlar yaşanıb.

EDNews.net xəbər verir ki, bu, rayonun icra başçısı Mehdi Səlimzadənin çıxışı zamanı qeydə alınıb.

Belə ki, RİH rəhbərinin çıxışı zamanı şəhid Toğrul Hacıyevin 4 yaşlı qızı Ləman şeir deməyə başlayıb. Şəhid övladının bu videosu sosial şəbəkələrdə maraqla qarşılanıb. İcra başçısı şəhid qızının addımını gülüşlə qarşılayıb.

Qeyd edək ki, Toğrul Siyavşah oğlu Hacıyev 4 fevral 1991-ci ildə Göyçay rayonunun Çayarxı kəndində anadan olub. O, oktyabrın 25-i Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Şəhidimizin Ləmanla yanaşı, iki yaşlı Tunar adlı oğlu da Vətənə yadigar qalıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...