“Miqrasiya Məktəbi - 4” layihəsinə start verilir - ednews.net

16 Yanvar,

“Miqrasiya Məktəbi - 4” layihəsinə start verilir

Cəmiyyət A- A A+

Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi - 4” layihəsinə başlanılır və bununla əlaqədar müsabiqə elan edilir.

Ali təhsil müəssisələrinin hüquqşünaslıq, politologiya, beynəlxalq münasibətlər, regionşünaslıq, şərqşünaslıq, tərcüməçilik, jurnalistika, dövlət idarəçiliyi və sosiologiya ixtisasları üzrə yuxarı kurslarda və ya magistr pilləsində təhsil alan, habelə ali təhsilini yeni bitirmiş gənclər Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi – 4” layihəsində iştirak üçün dəvət olunur.

Məktəb barədə ətraflı məlumatı Konsepsiya Sənədindən əldə etmək olar. 

İştirakçılar proqram çərçivəsində miqrasiya sahəsində peşəkar biliklərə yiyələnmək, müasir miqrasiya trendləri və aidiyyəti beynəlxalq təşkilatlar barədə məlumat almaq, Azərbaycanda miqrasiyanın idarə olunması mexanizmi və hüquqi çərçivə ilə bağlı nəzəri və praktiki biliklər əldə etmək, eləcə də DMX-nin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı qazanacaqlar.

Şərtlərə uyğun gələn, təlim proqramında iştirak etmək arzusu olan şəxslər CV və qeydiyyat forması təqdim etməlidirlər.

İlkin seçimdən keçmiş şəxslər müsahibə üçün dəvət olunacaqlar.

Proqramda iştirak etmək üçün sənədlər bu il noyabrın 30-dək elektron poçt ([email protected]) vasitəsilə qəbul olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...