Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Azərbaycan neçəncidir? - ednews.net

5 Dekabr,

Dünyanın ən güclü ordularının siyahısı açıqlandı - Azərbaycan neçəncidir?

Cəmiyyət A- A A+

ABŞ-ın "Global Firepower" adlı hərbi statistika saytı dünyanın ən güclü ordularının siyahısını açıqlayıb.

Azərbaycan siyahıda bir pillə irəliləyərək 63-cü sıraya yüksəlib. Cənubi Qafqazdakı qonşularımızdan Gürcüstan 92-ci, Ermənistan 100-cü sıradadır. Türkiyə siyahıda 11-ci, İran 14-cü yerdədir.

EDNews.net Sfera.az-a istinadən siyahıda ilk onluqda yer alan ölkələrin adını təqdim edir.

"Global Firepower" görə dünyanın ən güclü ordusuna sahib olan ölkə ABŞ-dır. ABŞ-ın 2,245 milyon əsgəri, 13 mindən çox təyyarəsi, 6,1 min tankı, 40 min zirehli texnikası var.

Siyahıda ikinci sırada Rusiya qərar tutub. Rusiya ordusu 3,5 milyon əsgərə, 4,144 təyyarəyə, 13 min tanka, 27,1 min zirehli texnikaya sahibdir.

Çin dünyanın üçüncü ən güclü ordusuna malikdir. Bu ölkənin 3,335 milyon əsgəri, 3,26 min təyyarəsi, 3,2 min tankı, 35 min zirehli texnikası mövcuddur.
Siyahıda növbəti yerlərdə Hindistan, Yaponiya, Cənubi Koreya, Fransa, İngiltərə, Brazilya və Pakistan qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...