Azərbaycan qətl və adam oğurluğunda təqsirləndirilən İran vətəndaşını İnterpol xətti ilə axtarışa verib - ednews.net

26 Yanvar, Çərşənbə

Azərbaycan qətl və adam oğurluğunda təqsirləndirilən İran vətəndaşını İnterpol xətti ilə axtarışa verib

Cəmiyyət A- A A+

Azərbaycan qətldə və digər ağır cinayətlərlə ittiham olunan İran vətəndaşını beynəlxalq axtarışa verib.

EDNews.net xəbər verir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.

İran İslam Respublikasının vətəndaşı, 43 yaşlı Hassan Gharadghlou Rahbari qətldə, adam oğurluğunda və digər cinayət əməllərində ittiham olunur. Onun saxlanılması üçün qırmızı bülletenlə İnterpola müraciət edilib.

Azərbaycan məhkəmələri tərəfindən H. G. Rahbari təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində dövlətlərarası axtarış elan olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...