Statistik təhlil göstərir ki, mina hadisələrinin 51%-i azad edilmiş ərazilərə qanunsuz daxil olma zamanı, 26%-i təmizlənmiş ərazidən kənara çıxma hallarında baş verib.
Bu barədə EDNews.net-ə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Ərazilər azad edildikdən sonra 73 mülki şəxs mina hadisəsinin qurbanı olub, onlardan 49 nəfəri yaralanıb, 24 nəfəri isə ölüb.