Ermənilər vertolyotumuz vurulan yerdə kilsəmizin "bərpa"sına başladı

Cəmiyyət 19:44 30.11.2021
Ermənilər Azərbaycan Respublikasının Xocavənd rayonunun “Berdaşen” adlandırılmış Qarakənd  kəndinin təpələrindəki  “erməni kilsəsi” deyə özününküləşdirdikləri qədim abidəmizi “bərpa” etməyə başlayıblar.
 
EDNews.net xəbər verir ki, bu haqda “Reartsakh” teleqram-kanalı məlumat yayıb və video-görüntü təqdim edib.
 
Qeyd edək ki, Qarakənd kəndindəki Albanberd kilsəsi  Azərbaycan Nazirlər Kabinetinini abidələr siyahısında  İNV № 4353 inventarlaşma nömrəsi ilə qeydə alınııb. Adından da bəlli olduğu kimi, kilsə müsəlmanlığa qədər xristianlığı qəbul etmiş türk tayfalarından olan alban, yaxud alpanlara məxsus olub...
 
Zəruri xatırlatma: 
 
1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında Azərbaycanın görkəmli dövlət xadimləri və ziyalılarının olduğu vertolyot vurulub. 
Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Həlak olanlar arasında Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev, televiziyanın işıqçısı Fəxrəddin Şahbazov, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov da olub.  Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub.
 
Bu günədək – 30 ildir ki,  20 Noyabr faciəsi barədə bir sıra məsələlər qaranlıq qalır, təşkilatçı və icraçılar aşkarlanaraq cəzalandırılmayıb.
 
Zəruri arayış:
 
Qarakənd — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarakənd kənd inzibati ərazi dairəsində kənd. 
 
Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir.
Hələ 1918–1920-ci illər Azərbaycan-Ermənistan müharibəsi zamanı bu kənddə yaşayan ermənilər müsəlman əhalinin qətlə yetirilməsindən iştirak ediblər. Bu barədə 1919-cu ilin yanvar ayının 3-də teleqram vuran Gəncə qubernatoru bildirir ki, Qarakənd erməniləri yanvar ayının birində Ağdam-Karyaqino yolunda canlarını qurtarmaq üçün qaçan müsəlmanları qətlə yetiriblər. Qarabağ müharibəsinin başlanması ilə əlaqədar olaraq kənddəki ermənilər silahlanır, kəndə Ermənistandan və digər ölkələrdən çoxlu sayda terrorçu və muzdlu əsgərlər gəlir. 1991-ci ildə bu kəndin səması üzərində ermənilər tərəfindən “Mİ-8 N72” helikopteri vurulur. Azərbaycan tarixində Qarakənd faciəsi kimi adlandırılan bu hadisə zamanı ölkəmizin çoxlu sayda yüksək rütbəli dövlət məmurları qətlə yetirilir. Kəndi ermənilərdən azad etmək məqsədilə Azərbaycan ordusu bir neçə dəfə hücuma keçir, lakin bunlar hər dəfə uğursuzluqla başa çatırdı. Sonuncu belə hücum 1994-cü ilin əvvəlində Qarakənd əməliyyatı zamanı həyata keçirilsə də, bu hücum da uğursuzluğa düçar olub.
 
Toponimikası
 
Qarakənd kəndi Qarabağ silsiləsinin ətəyindədir. Keçmiş adı Qızqaladır. Yerli sənədlərdə yaşayış məntəqəsinin adi indi də Qızqala şəklində yazilir. Həqiqətən kəndin ərazisindəki böyük qayalıqda Qız qalası adlanan qala xarabalıqları var. Kəndin indiki adı isə onun gəlmə ermənilar tərəfindən Karaşen (kar qaya və şen kand) adlandırılmasına görə, şen sözünün kənd sözü ilə avaz edilməsi nəticəsidir. 1933-cü ildə Gədəbəy rayonu ərazisində da Qarakənd adlı yaşayış məntəqəsi qeydə alınmışdır.

Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO

Xəbər xətti

Qazaxıstanda yük qatarı qəzaya uğrayıb
04:32 19.04.2024
Makron: Aİ İran və Rusiyaya qarşı yeni sanksiyaların tərəfdarıdır
03:40 19.04.2024
Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək
02:29 19.04.2024
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
01:00 19.04.2024
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Gürcüstanda səfərdədir
00:07 19.04.2024
“S&P” Azərbaycan ilə bağlı iqtisadi göstəriciləri yeniləyib
23:42 18.04.2024
Yunanıstanın Baş naziri Ərdoğanla görüşəcək
23:23 18.04.2024
Yeni Kaledoniya senatının üzvü: “Azərbaycan bizim üçün böyük qardaşdır”
23:00 18.04.2024
Almaniya bu ölkələrə uçuşları LƏĞV ETDİ
22:42 18.04.2024
Hindistan Türkiyə ilə 2 milyard dollarlıq müqaviləni LƏĞV ETDİ
22:22 18.04.2024
Tokatda 5,6 maqnitudada zəlzələ olub
22:00 18.04.2024
Bayden: ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir
21:39 18.04.2024
Cənubi Koreya 20 milyard dollarlıq silah ixrac etmək niyyətindədir
21:21 18.04.2024
Quterreş: Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur
21:00 18.04.2024
ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub - FOTOLAR
20:45 18.04.2024
UEFA “Barselona” klubunu cərimələyib
20:40 18.04.2024
Bakıda aksizsiz xarici markalı siqaretlər aşkarlanıb
20:21 18.04.2024
Bakıda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb
20:00 18.04.2024
Taksi şirkətləri LƏĞV OLUNUR? - AÇIQLAMA
20:00 18.04.2024
Azərbaycan və Türkiyə kənd təsərrüfatı tədqiqatları sahəsində əməkdaşlığı inkişaf etdirir
19:50 18.04.2024
Dövlət Komitəsinin yeni sədri Türkiyə səfirini qəbul edib
19:44 18.04.2024
Azərbaycan AQEM ilə COP29 çərçivəsində tərəfdaşlıq imkanlarını müzakirə edib
19:20 18.04.2024
UEFA rəsmisi Tovuz şəhər stadionunda çatışmazlıqlar aşkarlayıb
19:00 18.04.2024
Respublika Pediatriya Mərkəzi yaradılıb, direktoru təyin edilib
18:39 18.04.2024
Ukraynada oynayan futbolçumuz Azərbaycan klubuna KEÇİR
18:22 18.04.2024
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
18:10 18.04.2024
"Qarabağ probleminin çözülməməsinin ən böyük səbəbkarı Fransadır" - Umud Mirzəyev
18:00 18.04.2024
Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılacaq
17:50 18.04.2024
"Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır" - Tural Gəncəliyev
17:40 18.04.2024
Umud Mirzəyev: “Həyatım iki xalqın barışına çağırış olub”
17:30 18.04.2024
Umud Mirzəyev: Ermənilər Haaqada beynəlxalq piar aparır
17:15 18.04.2024
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? — VİDEO
17:10 18.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişi hansı mənaya gəlir? - Gürcü politoloq ŞƏRH EDİR
17:00 18.04.2024
Sülhməramlıların Qarabağda qalması üçün artıq heç bir səbəb yox idi - Rus Politoloqdan ÖZƏL ŞƏRH
16:45 18.04.2024
ABŞ Venesuelaya  neft sanksiyaları bərpa edir
ABŞ Venesuelaya neft sanksiyaları bərpa edir
16:38 18.04.2024
Umud Mirzəyev: “Haaqada keçirilən məhkəmə 30 il gecikib” – VİDEO
16:30 18.04.2024
Fuad Abbasov: Qonşusu ilə sülh istəyən, onu məhkəməyə verməz! - VİDEO
16:19 18.04.2024
Cəlil Xəlilov: 'Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı'
16:15 18.04.2024
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
İran İsraili təkrar HƏDƏLƏYİB... - Nüvə silahları TƏHLÜKƏDƏ
16:05 18.04.2024
Xəzər dənizi quruya bilər? – Ekspert ŞƏRH EDİR
16:00 18.04.2024
Hamısı