Azərbaycanın qələbəsi bütün Qafqaz regionunda sabitliyə və firavanlığa nail olmağa yol açacaq Əhməd Abdo Tərabik

Cəmiyyət 13:32 02.12.2021

Bakı Dövlət Universitetində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə misirli alim, tədqiqatçı və jurnalist Əhməd Abdo Tərabikin “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” adlı kitabın təqdimatı keçirilir.   

EDNews.net xəbər verir ki, təqdimat mərasimində ərəbdilli ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, politoloqlar, tanınmış şərqşünaslar və media nümayəndələri iştirak ediblər.

Əhməd Əbdo Tərabik videokonfrans formatında tədbirə qatılaraq çıxış edib. O, bildirib ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bütün dünyaya səs salıb: “İlham Əliyevin 10 noyabrda Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli saziş zamanı atdığı qətiyyətli addım, onun lider adına layiq olduğunun sübutudur”.

Misirli alim tədbir iştirakçılarına müəllifi olduğu “Dəmir Yumruq-Qarabağ müharibəsi 2020-ci il” adlı kitabını təqdim edib. Bildirib ki, bu, 2016-cı ildə çap edilən “Qarabağ-Qafqazda sülhə aparan yol” adlı kitabının davamıdır. Birinci kitabda Qarabağ da daxil olmaqla, Azərbaycan torpaqlarının şəhid qanı və göz yaşları ilə sulanmasını qələmə alıb. Həmin kitabı 2017-ci ildə Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevə şəxsən təqdim edib. 

“Kitabda Azərbaycan tərəfinin müharibəyə hazır olmasına baxmayaraq, qanlı müharibəyə qarşı olduğunu göstərməyimlə yanaşı, vaxtilə Ermənistana işğal etdiyi əraziləri dinc yolla qaytarması barədə də çağırışlar etdiyimi qeyd etmişəm.

Hamı kimi mən də müharibənın başlayacağı gündən xəbərsiz olsam da, sözlərim özünü doğrultdu və Azərbaycan öz torpaqlarını geri qaytardı. Üzərimə düşən qalan missiya isə müharibənin gedişatını "Dəmir yumruq-Qarabağ 2020-ci il " kitabımda qeyd etmək oldu.

Ümid edirəm ki, ərsəyə gətirdiyim kitabım ərəb kitabxanalarında ön sıralarda yer almaqla yanaşı, bir çox dillərdə - Azərbaycan, türk və ingilis dillərinə də tərcümə olunacaq. Ümid edirəm ki, kitabımda bəhs etdiyim bu qələbə yeni nəsil üçün işıq yolu olacaq”, - deyə Əhməd Əbdo Tərabik vurğulayıb.

Tədqiqatçı kitabın ərsəyə gəlməsi üçün qatlaşdığı zəhmətə və dəstəyə görə BAMF Prezidenti Umud Mirzəyevə təşəkkürünü çatdırıb: “İnsanlara təşəkkür etməyən, Allaha şükür etməz” prinsipinə əsaslanaraq, kitabımın ərsəyə gəlməsində mənə dəstək olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti, hörmətli Umud Mirzəyevə öz minnətdarlığımı bildirirəm.

Ömrünün uzun bir hissəsini vətənin inkişafına həsr edən, bir çox ölkələrin humanitar təşkilatları və MDB ölkələrinin səlahiyyətli nümayəndələri ilə geniş əlaqəsi olan hörmətli Umud Mirzəyevlə daha öncədən tanış idik. Bu tanışlıq, dostluq belə bir kitabın ortaya çıxmasına gətirib çıxardı.

Ümidvaram ki, "Dəmir Yumruq-Qarabağ 2020-ci il" kitabımı ərsəyə gətirməklə, Azərbaycanın 44 gün ərzində əldə etdiyi böyük zəfərin əbədiləşdirilməsində az da olsa öz töhfəmi verə bilmişəm. Hesab edirəm ki, bu qələbə Azərbaycan və İslam dünyası ilə yanaşı, bütün Qafqaz regionunda sabitliyə və firavanlığa nail olmağa yol açacaq!”

Gülnar Səlimova


Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO

Xəbər xətti

Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib
22:40 24.04.2024
Bayden Ukrayna, İsrail və Tayvana hərbi yardım haqqında qanunu imzalayıb
22:22 24.04.2024
Masallıda əmək yarmarkası keçiriləcək
22:00 24.04.2024
Güləş üzrə U-17 Azərbaycan çempionatında növbəti mükafatçılar müəyyənləşib
21:39 24.04.2024
Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb
21:23 24.04.2024
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib
21:00 24.04.2024
BCG: Azərbaycanda su qıtlığı probleminin həlli gündəlikdəki prioritet məsələdir
20:44 24.04.2024
İsrail ordusu Livanın sərhəd bölgələrində yerləşən 12 yaşayış məntəqəsinə hücum edib
20:21 24.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI - VİDEO
19:22 24.04.2024
Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb
19:10 24.04.2024
Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir
19:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - Fotolar - Video
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Hamısı