Qaydalar dəyişdi Azərbaycanda avtomobilləri daha nağd pula alıb-satmaq mümkün olmayacaq

Cəmiyyət 09:25 02.12.2021

Azərbaycanda avtomobil satışı üzrə qaydalar dəyişir. Yeni qaydalar bu günlərdə təsdiqlənən “Nağdsız hesablaşmalar haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən, gələn ildən avtomobillərin alqı-satqısı yalnız nağdsız qaydada həyata keçiriləcək.

EDNews.net xəbər verir ki, pandemiyanın pik dövründə Bakının maşın bazarlarında alver zəifləsə də, bu ildən bazar canlanıb, xüsusilə ikinci əl avtomobillərinin qiyməti artıb. Maşın alverçiləri deyirlər ki, rüsümlardan sonra nağdsız ödənişlərin tətbiqi qiymətlərə cüzi də olsa təsir edəcək. Baxmayaraq ki, onların çoxu yeni qaydalardan xəbərsizdir.

Ekspertlər isə yeni qaydanın tətbiqinin daha çox alıcıların işinə yarayacağını düşünürlər. Çünki alqı-satqı əməliyyatlarında istənilən halda aldadılan tərəf alıcılar olur.

“Onsuz da son illər bu işdən gəlirimiz azalıb...”

Eldar Alıyev 22 ildir maşın alveri ilə məşğuldur. Deyir ki, son iki ilədək qiymətindən və modelindən asılı olaraq satdığı hər maşından ən azı 1 500-3 000 manatadək gəliri olurdu. İndi satdığı maşınlardan ən yaxşı halda 500 manat qazananda sevinir.

“Bəzən aylarla əlimizdə olan maşını sata bilmirik. Hər keçən gün qiymətə təsir göstərir, maşın isə baxım, xərc tələb edir. Bazara gələn müştəri isə uzağı 20-25 min manatlıq, yanacağa qənaət edən ikinci əl maşını axtarır. Sənədləşdirmənin xərcini  də üzərimizə götürürük ki, sata bilək, müştəri qaçmasın”, - Eldar Alıyev bildirir.

E.Alıyevin sözlərinə görə, hibrid  avtomobillərinə təlabat ildən-ilə artır: “Bazara çıxan əksər satıcının kredit borcu var. Pandemiyada hamımız, xüsusilə yeni maşın alıb-gətirənlər zərərə düşdü. İndi nağdsız alqı-satqıda nə qədər vergi verəcəyimizi bilmirik. Yeni qayda haqqında az-çox eşitmişik,detallar açıqlanmadığından  narahatıq”.

Söhbətləşdiyimiz digər avtomobil taciri  isə deyib ki, yeni qayda haqda ilk dəfə bizdən eşidir. Sonuncu dəfə ötən həftənin istirahət günləri bazara çıxıb, ona bu barədə heç kim məlumat verməyib: “Ev satışı ilə bağlı qaydalardan xəbərdaram, bilirəm ki, alqı-satqı müqaviləsi olur, pul bank üzərindən köçürülür, vergilər tutulur,  çünki konkret verdi məbləğləri açıqlanmışdı. Amma maşın alqı-satqısında nəğd hesablaşmanın qadağan ediləcəyini eşitməmişdim. Əgər belədirsə deməli dolanışığımız daha da pisləşəcək”.

Həmsöhbətimiz  deyib ki, bəzən aylarla satış olmur. Bir maşından əldə etdiyi qazanc 1 ay dolanışığa yetmir: “Adımız maşın alverçisidir, amma içi özümüzü, çölü özgələrini yandırır. Bazara çıxan alverçilərin çoxu borc götürüb maşın alır”.

Bakıdakı bir neçə avtomobil satışı salonlarına da zəng vurduq, onlar yeni dəyişiklikdən xəbərdar olsalar da deyirlər ki, hələlik prosesin necə təşkil ediləcəyi haqda məlumatları yoxdur. Çünki hesablamaların necə aparılacağı ilə bağlı detalların yaxın günlərdə açıqlanacağını onlara deyiblər.

Qazanan alıcılar olacaq

Nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyir ki, bu qaydanın tətbiqinə çoxdan ehtiyac yaranmışdı. Çünki  yeni qaydanın tətbiqi ilə avtomobil alqı-satqısının uçotunun aparılması mümkün olacaq. Bu qayda istənilən halda vətəndaşların xeyrinə olacaq.

“Artıq xeyli müddətdir xüsusilə ikinci əl bazarında vətəndaşların aldadılmasının şahidi oluruq. Alıcı problemlə qarşılaşdıqda  maşını geri – aldığı adama  qaytara bilmir. Çünki avtomobil üçün ödədiyi məbləğlə bağlı hər hansısa bir sənədləşdirmə aparılmır. Nəticədə zərər çəkən alıcı olur”, - ekspert deyib.

Digər tərəfdən, uçotun aparılması vətəndaşların bəzi fırıldaqçıların toruna düşməsinin qarşısını alacaq. E.Cəfərov hesab edir ki, nağdsız hesablaşmalar qiymətlərin artmasına səbəb olmayacaq: “Avtomobil bazarında qiymətlər əsasən bir neçə amillərdən təsirlənir. Rüsumların artırılması, nağdsız hesablaşmalar qiymətlərə ciddi təsir edə bilməz. Əsasən beynəlxalq daşınaların bahalaşması avtomobillərin qiymətinə təsir edir”

Bank faizi, vergi...

Ekspert deyir ki, hələlik avtomobil alqı-satqısından nə qədər bank faizi, vergi tutulacağı haqda  konkret məbləğ açıqlaya bilmir. Amma istənilən halda faizlər avtomobilin dəyərinin 5-10 faizi civarında olmayacaq: “Alqı-satqı zamanı tərəflər arasında qarşılıqlı razılaşma da ola bilər. Vətəndaş öz maşınını satırsa, bank hesabı açdırmaq gərək deyil, vəsaiti poçt vasitəsilə köçürə edə bilər. Sahibkarlar, avtomobil alverçiləri  isə təbii ki, vergi ödəyicisi kimi qeydiyyatdan keçəcək və alqı-satqını vergini ödəyərək həyata keçirəcəklər. Alqı-satqı prosesi zamanı əlavə vaxt itkisi olmayacaq”.  

E.Cəfərov xəbərdarlıq edir ki, alıcılar satıcı ilə danışıqlara gedib müəyyən qanunsuzluqlara əl atmasınlar. Məsələn, məbləğin yarısının banka köçürülməsi və ya digər risklərə getməsinlər. Çünki belə sövdələşmələrdən ziyan çəkə, başları ağrıya bilər.

Azərbaycanda milyon yarım avtomobil var

Cəfərov onu da bildirib ki, avtomobillərin alqı-satqısının uçotunun aparılması vacibdir. Çünki Azərbaycanda milyon yarım avtomobil var. Hansı ki, onların tam yarısı yararsız, istismar müddətini başa vurmuş avtomobillərdir. Bu avtomobillərin alqı-satqı zamanı məyyən risklər yaranır. Ekspert onu da deyib ki, pandemiyanın pik dövründə avtomobil bazarında satış zəifləyib, satıcılar zərərlə üzləşiblər, ikinci maşın bazarında  da tələb azalıb. Hazırda isə vəziyyət yaxşılığa doğru dəyşib, tələb artıb və təxminən 5 faiz bahalaşma var...

Xınalığa dolu düşüb - VİDEO

Xəbər xətti

Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
İranın Azərbaycanı hədəf seçməyinin GİZLİNLƏRİ – Güneyli fəalın ŞƏRHİNDƏ
15:10 19.04.2024
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
MKİ: Ukrayna bu il yeni yardım olmadan müharibəni uduzacaq
14:48 19.04.2024
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
Lavrov: Ermənistanı sürətlə Rusiyadan qoparmaq istəyirlər
14:37 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı növbəti BÖHTAN
14:30 19.04.2024
Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”
14:10 19.04.2024
“Ukrayna Qərbi buna görə şantaj edir” – Moldovalı politoloqla ÖZƏL
14:00 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
13:56 19.04.2024
Lalə Azərtaşın aparıcısı olduğu veriliş bağlanır - Xəzər TV-dən AÇIQLAMA
13:50 19.04.2024
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
Rusiyada adam öldürməkdə şübhəli bilinən azərbaycanlı AXTARIŞA VERİLDİ
13:40 19.04.2024
İpotekaya xitam verilən hallar genişlənir
13:30 19.04.2024
Naxçıvanda 120 milyonluq POZUNTU – Materiallar DTX-yə TƏQDİM EDİLDİ
13:20 19.04.2024
Bu şəxslərin maaşı ARTIRILDI
13:10 19.04.2024
Bakıda 29, bölgələrdə 30 dərəcə isti olacaq - PROQNOZ
12:59 19.04.2024
Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub
12:45 19.04.2024
Xocavənddə Ermənistan istehsalı olan partlayıcı qurğular aşkarlanıb
12:35 19.04.2024
Bakıda taksilər kütləvi şəkildə cərimə meydançasına aparılır? - AÇIQLAMA
12:20 19.04.2024
Rusiya sülhməramlılarının Qarabağdan gedişinin regiona təsiri - Ərəb Ekspert ŞƏRH EDİR
12:15 19.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələrin SON GÜNÜDÜR
12:00 19.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
11:55 19.04.2024
Hamısı