Oliqarx Feyziyev “Azərtütün”ü aldı

Cəmiyyət 14:34 02.12.2021

Xəbər verildiyi kimi, ötən gün “Azərbaycan Sənaye Korporasiyası” ASC-yə məxsus “Azərtütün” ASC-nin 85 faizlik səhm paketinin özəlləşdirilməsinə dair investisiya müsabiqəsinin nəticəsi açıqlanıb. Həmin səhm paketinin əldə edilməsi üzrə müsabiqənin qalibi “Tabaterra Leaf” QSC adlı şirkətdir. Şirkət səhm paketi üçün 17 milyon 281 min 464 min manat ödəməlidir, habelə daha 6.3 milyon manat dövlət büdcəsinə ödəyəcək və ümumi həcmi 8 milyon manatdan az olmamaqla investisiya proqramını təqdim edəcək.

“Azərtütün” ASC vaxtilə Azərbaycan Beynəlxalq Bankının kreditləri hesabına yaradılmış “İnter Tobaco” MMC tütün istehsalı və emalı müəssisəsinin əsasında  2018-ci ildə yaradılıb. “İnter Tobaco” MMC-nin əmlakı-1 tütün emalı zavodu və 4 tütün qurutma məntəqəsi götürülmüş kreditlərin əvəzində Beynəlxalq Banka girov qoyulmuşdu. Sonradan həmin kreditlər qaytarılmadığı üçün girov əmlak bankın kreditləri hesabına yaradılmış digər biznes aktivləri kimi “Aqrarkredit” QSC-yə (2015-ci ildə yaradılıb və Beynəlxalq Bankın toksik aktivləri bu səhmdar cəmiyyətin balansına verilib,-red.) verilmişdi.

“Azərtütün” ASC bu ilin aprel ayında prezidentin sərəncamı ilə özəlləşdirməyə açılıb. Sərəncamda deyilirdi ki, cəmiyyətin özəlləşdirilməsi investisiya müsabiqəsi vasitəsilə ilə həyata keçiriləcək, özəlləşdirilmədə yerli investorlarla yanaşı xarici investorlar da iştirak edəcək. Səhmlərin satışı üzrə investisiya müsabiqəsi isə bu ilin oktyabrında elan olunmuşdu.

“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC -nin  nizamnamə kapitalı 22 milyon 257 min 298,41 manat qiymətləndirilib. Onun balansında Balakən, Zaqatala, Qax və Şəkidə 266 ədəd müasir qurutma kamerası, anbarlar, ofislər, tütün istehsalı və emalı üzrə 4 məntəqə, Zaqatalada tütün emalı üzrə bir zavod fəaliyyət göstərir.

Bəs “Azərtütün ASK”-nın 85 faizlik səhm paketini alan şirkət barədə nə məlumdur?

“Tabaterra Leaf” QSC bu ilin aprel ayının 24-də (təsadüfən “Azərtütün”ün özəlləşdirməyə açıldığı vaxtlarda) dövlət qeydiyyatına alınıb. QSC Sumqayıt şəhəri, Sülh küçəsi, 18 ünvanında – “Xovlu İpək Fabriki”nin ərazisində qeydiyyatdan keçib. QSC-nin nizamnamə kapitalı 5 min manat, qanuni təmsilçisi isə Elman Bəşir oğlu Cavanşirdir. Elman Bəşir oğlu Cavanşir həm də ölkənin aparıcı siqaret istehsalçısı olan “Tabaterra” QSC-nin qanuni təmsilçisidir. Nizamnamı kapitalı 78 milyon 10 min manat olan “Tabaterra” QSC 2017-ci ildə dövlət qeydiyyatına alınıb.

Şirkət həmin ildə də Sumqayıt Kimya Sənaye Parkında rezidentir və tütün məmulatları istehsalı fabrikini açıb. “Tabaterra” fabrikində 3 formatda olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal edilir. Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 11 milyard ədəd 3 növdə filtrli siqaretlər istehsal edilir. Layihənin dəyəri 50 milyon dollara yaxındır. Fabrikin açılışı zamanı deyilirdi ki,  “Tabaterra” ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini qarşılaya biləcək gücdədir.

\

C.Feyziyev və qardaşı oğlu Elman Cavanşir

“Tabaterra Leaf” şirkətinin qanuni təmsilçisi kimi qeydiyyatdan keçmiş Elman Bəşir oğlu Cavanşir “Avromed” şirkətinin rəhbəri, deputat, adı Böyük Britaniyada çirkli pulların yuyulması qalmaqalına (onun və ailə üzvlərinin çoxmilyonluq bank hesablarına həbs qoyulub,-red.) görə son zamanlar gündəmə gələn Cavanşir Feyziyevin qardaşı oğludur. “The Evening Standard” qəzeti yazmışdı ki, Böyük Britaniyanın Milli Kriminal Agentliyinin tələbi ilə bank hesabları dondurulan Feyziyev ailəsi üzvlərindən biri də Elman Cavanşirdir, onun bank hesabında 1 milyon funt sterlinqdən bir az çox vəsait aşkar edilmişdi. Elman Cavanşir deputat Feyziyevin çoxşaxəli biznes imperiyasını idarə edənlərdən biridir.

Qeyd edək ki, “İnter Tobaco” şirkətinə Beynəlxalq Bankın hazırda həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyevin bacanağı İsmayıl Hidayətzadə başçılıq edirdi. Hidayətzadə “Beynəlxalq Bank işi” üzrə fiqurantlardan biri olub və kreditlərin mənimsənilməsində təqsirli bilinərək 2016-cı ildə  5 il 6 ay həbs cəzası alıb. O, 2019-cu ilin oktyabrında vaxtından əvvəl şərti azadlığa buraxılıb.

İsmayıl Hidayətzadə

İ.Hidayətzadə mənimsəmə ittihamlarını qəbul etmirdi və deyirdi  ki, “Inter Tobacco”ya rəhbərlik etdiyi dövrdə Beynəlxalq Bankdan cəmi 37 milyon dollar kredit götürüb. Və həmin vəsait təyinatı üzrə xərclənib, 1 tütün zavodu, 4 məntəqə yaradılıb.

“Həmin kredit hesabına tikinti aparılıb, avadanlıqla təchiz olunub. Bu gün də həmin müəssisələr işləyir. Biz “Inter Tobacco”ya görə götürülən kreditin bir hissəsini ödəmişdik. Qalan məbləği də o müəssisələri satıb ödəmək olar. O müəssisələr də “Aqrarkredit”ə verilib. Hələ o vaxt zavodu və məntəqələri bank 90 milyon dollar qiymətləndirmişdi”, - Hidayətzadə belə deyirdi.

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Hamısı