Bu gün Bakı Dövlət Universitetində Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə misirli alim, tədqiqatçı və jurnalist Əhməd Abdo Tərabikin “Dəmir yumruq-Qarabağ müharibəsi 2020-ci il” adlı kitabın təqdimatı keçirilib.
EDNews.net xəbər verir ki, təqdimat mərasimində ərəbdilli ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, politoloqlar, tanınmış şərqşünaslar və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Qarabağ probleminə xarici mətbuat nümayəndələrinin yanaşmasının artıq dəyişdiyini vurğulayıb:
"İllər əvvəl media ilə bağlı monitorinq keçirilmişdi. Bu monitorinq vasitəsilə biz bir çox xarici mətbuat qurumlarının Qarabağ probleminə yanaşmasını təhlil etmək imkanını qazanmışdıq. Qarabağla bağlı yayımlanan xarici xəbərlərdə ermənipərəstlik açıq-aşkar müşahidə edilirdi. Hətta Əl-Cəzirə kimi böyük media şəbəkəsi belə, vaxtilə Qarabağı mübahisəli ərazi kimi təqdim etmişdi. Hazırda isə bu məsələdə vəziyyət tamamilə dəyişib. Azərbaycan prezidentinin xarici mətbuata ardıcıl müsahibələri və xarici jurnalistlərin regiona səfərləri zamanı şahidi olduğu hadisələr vəziyyəti xeyrimizə dəyişdirən əsas nüanslar olub. Qeyd edə bilərəm ki, indi cəbhədə müharibə bitib, lakin informasiya savaşı davam edir. Belə bir zamanda BAMF prezidenti Umud Mirzəyev Azərbaycan həqiqətlərinin dünyaya tanıdılmasında böyük işlər bacarıb. Bu gün deyə bilərəm ki, onun şəxsi əlaqələri olmasaydı bəlkə də bu gün təqdimatında iştirak etdiyimiz kitab da ərsəyə gəlməzdi. Ona görə də mən Umud Mirəzyevə təşəkkür edirəm".
Gülnar Səlimova