DSX rəisi helikopter qəzasında həlak olmuş hərbçilərin məzarını ziyarət edib - FOTOLAR - ednews.net

19 Yanvar, Çərşənbə

DSX rəisi helikopter qəzasında həlak olmuş hərbçilərin məzarını ziyarət edib - FOTOLAR

Cəmiyyət A- A A+

Dekabrın 2-də Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olmuş hərbi qulluqçular polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət edib.

Bu barədə EDNews.net-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. DSX rəhərliyi onların xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.

Hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn ediliblər. Hərbi qulluqçuların ailələrinə baş çəkilib və baş sağ­lığı verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...