Helikopterlərin "qara qutu"sunda hansı məlumatlar olur? - Açıqlama - ednews.net

21 Yanvar, Cümə

Helikopterlərin "qara qutu"sunda hansı məlumatlar olur? - Açıqlama

Cəmiyyət A- A A+

Helikopterdə iki "qara qutu" var. Onlardan birində hadisə anında pilotla yer arasındakı danışıqlar, digərində isə texniki nasazlığın hansı səbəbdən baş verdiyi qeyd olunur.

EDNews.net xəbər verir ki, bunu Trend-ə təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

O, "qara qutu"da hansı məlumatların yer aldığından da danışıb.

"Əgər yerdən müdaxilə olunubsa, həmin "qara qutu" açılan zaman bunu orada qeydə alınan danışıqlardan müəyyənləşdirmək olur. Texniki nasazlıq məsələsinə gəlincə, bu, yeni helikopterdə də ola bilər, uçuş zamanı da yarana bilər. Bütün bu məsələlər istintaqın gedişində aşkarlanacaq", - deyə, ekspert bildirib.

Xatırladaq ki, noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...