Şəhidlərinin ailələrinə ödənişlər bu tarixdə veriləcək - Nazir açıqladı - ednews.net

25 Yanvar, Çərşənbə axşamı

Şəhidlərinin ailələrinə ödənişlər bu tarixdə veriləcək - Nazir açıqladı

Cəmiyyət A- A A+

Noyabrın 30-da helikopter qəzasında həlak olan hərbçilərin ailələri sosial dəstək tədbirləri ilə əhatə olunacaq.

EDNews.net xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Şəhid statusu üçün nəzərdə tutulan bütün ödənişlər – müavinət, kompensasiya, pensiya, təqaüdlər onlara da ödəniləcək. Mənzil təminatı həyata keçiriləcək.  

Eyni zamanda, bu ailələrin ehtiyaclarının qarşılanması üçün dövlət tərəfindən irəli sürülən bütün alətlərdən istifadə olunacaq. Artıq nazirliyin Dövlət Sosial Müdafiə Fondu bu istiqamətdə işlərə başlayıb. Bu ailələrin sənədlərinin toplanmasına başlanılıb”, - deyə nazir qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...