XİN-də işə qəbulla bağlı sınaq imtahanında iştirak üçün məbləğ açıqlanıb - ednews.net

21 Yanvar, Cümə

XİN-də işə qəbulla bağlı sınaq imtahanında iştirak üçün məbləğ açıqlanıb

Cəmiyyət A- A A+

Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbulla bağlı namizədlərin sınaq imtahanı üçün məbləğ müəyyənləşib.

EDNews.net DİM-in saytına istinadən xəbərinə görə, sınaq imtahanı dekabrın 26-da keçiriləcək. Namizədlərin sınaq imtahanında iştirak etməsi üçün ödənişin məbləği 60 AZN (ƏDV daxil olmaqla) təşkil edir.

Sınaq imtahanına qeydiyyat Dövlət İmtahan Mərkəzinin internet portalında dekabrın 8-i saat 10:00-dan dekabrın 19-u saat 18:00-dək həyata keçiriləcək. Sınaq imtahanı üçün qeydiyyat xidməti qeyd edilən tarixlərdə aktiv olacaq.

Qeyd edək ki, sınaq imtahanında yazı bacarıqlarının ölçülməsi (esse tapşırıqları) nəzərdə tutulmur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...