Ermənistan Zəngəzur dəhlizindən keçəcək yüklərimizi yoxlamayacaq, rüsum ödəməyəcəyik - Rəsmi açıqlama - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

Ermənistan Zəngəzur dəhlizindən keçəcək yüklərimizi yoxlamayacaq, rüsum ödəməyəcəyik - Rəsmi açıqlama

Cəmiyyət A- A A+

“Zəngəzur koridorunun açılması regionda yerləşən bütün ölkələrə, onların nəqliyyat siyasətinə və ümumilikdə regionun nəqliyyat arxitekturasına əsaslı şəkildə təsir edəcək. Bu koridorun açılması ilə Ermənistan tərəfi yüklərimizi yoxlamayacaq və rüsumlardan azad olacağıq”.

EDNews.net xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Bakı Limanının Strateji Planlama və İnkişaf departamentinin müdiri Xudayar Həsənli deyib.

Departemenr müdirinin sözlərinə görə, koridorun açılması vaxta qənaətə və yüklərin daha sürətli daşınmasına səbəb olacaq. Məsafə qısaldıqca, paralel olaraq yanacaq sərfiyyatı da azalacaq”.

O qeyd edib ki, Zəngəzur koridorunun açılması Azərbaycan tırlarının Türkiyə ilə dövriyyəsinə böyük təkan verəcək:

“Türkiyənin Orta Asiya ilə 120 minlik tır dövriyyəsini 40 və ya 50 faizə çatdırmaq əsas hədəf olmalıdır. Yəni həmin dəhlizləri biz sıfırlaya bilmərik. Amma ölkəmizə cəlb etməklə tır dövrüyyəsinin sayını artıra bilərik. Belə olan halda digər ölkələr də rəqabət aparacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...