İşdən çıxan şəxslər dövlətdən pul ala biləcəklər - QAYDALAR - VİDEO - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

İşdən çıxan şəxslər dövlətdən pul ala biləcəklər - QAYDALAR - VİDEO

Cəmiyyət A- A A+

"30 ay davamlı olaraq bir işdə çalışan şəxslər işdən çıxdıqdan sonra onlara işsizlikdən sığorta haqqında qanunla konpensasiya düşür. Həm işə götürən, həm də sığortalı işçidən 0,5 faiz əməkaqqından tutulma olur".

EDNews.net xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "İş vaxtı" verlişində qonaq olan sığorta eksperti İlkin İbrahimov bildirib.

O əlavə edib ki, əgər işsiz işdən ixtisar olunubsa, onun 24 ay bir yerdə işləməsi yetərlidir: "Həmçinin işçinin bağladığı müqavilə bitirsə, onda minimum əməkhaqqı ilə bağlı Dövlət Məşğulluq Xidmətinə müraciət etməlidir".

Qeyd edək ki, son üç ildə minimum əməkhaqqı 2 dəfədən çox artaraq 250 manata, median əməkhaqqı 66% (o cümlədən dövlət sektoru üzrə 85%, özəl sektor üzrə 36%) artaraq 343 manata çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...