Məryəm Həsənova amerikalı ilə saxta nikaha girdi, ABŞ ordusunda xidmətə başladı və ...

Cəmiyyət 12:29 08.12.2021

ABŞ-da məhkəmə bu ölkənin vətəndaşı ilə saxta nikaha girən və daha sonra Birləşmiş Ştatlar ordusunda müqavilə əsasında xidmətə başlayan azərbaycanlı Məryəm Mövsüm qızı Həsənova barəsində həbs hökmü çıxarıb.

EDNews.net xəbər verir ki, Məryəm Həsənova özünü ona qarşı irəli sürülən ittihamlardan biri-viza ilə bağlı dələduzluqda təqsirli bilib. Məhkəmənin hökmünə əsasən Həsənova həbs cəzasını başa vurduqdan dərhal sonra ABŞ-dan Azərbaycana deportasiya ediləcək və Birləşmiş Ştatlar ordusundan aldığı 41 min 511 dollar maaşı geri ödəməlidir. Hökmü Həsənovanın əsgər kimi xidmət etdiyi Şimali Karolina ştatının məhkəməsi çıxarıb.

Şimali Karolina, tarixi məhkəmə binası

Məhkəmə sənədlərinə və digər məlumatlara əsasən, 35 yaşlı Məryəm Həsənova Azərbaycan vətəndaşıdır, Birləşmiş Ştatlara təhsil proqramı çərçivəsində gedib. Onun statusu 2014-cü ilin martında bitib və Həsənova ABŞ vətəndaşı ilə saxta nikaha girmək yolu ilə bu ölkədə qanuni yaşamaq icazəsi (“qrin kart”) almaq niyyətinə düşüb. Bu məqsədlə gənc qadın ABŞ vətəndaşı ilə anlaşıb və ona 15 min dollar ödəyib. Həsənova və həmin ABŞ vətəndaşı 2015-ci ilin oktyabrında Nyu-Yorkda rəsmi nigaha giriblər.

Bundan sonra Həsənova və həmin ABŞ vətəndaşı Birləşmiş Ştatların vətəndaşlıq və immiqrasiya Xidmətinə (USCIS) saxta evlilik əsasında ərizə təqdim edərək Həsənovanın statusunun dəyişdirilməsini, ona ABŞ-da daimi yaşamaq icazəsinin verilməsini xahiş ediblər. Ərizə əsasında M.Həsənova və onun “əri” USCIS-ın ofisində söhbətə dəvət olunublar. Hər ikisi and içməklə əmin ediblər ki, evlilikləri könüllü xarakter daşıyır və həqiqidir. 

Söhbətin nəticələrinə əsasən USCIS Həsənovaya ABŞ-da daimi yaşamaq icazəsi verib. O, “qrin kart” alandan sonra ABŞ ordusunda xidmətə başlayıb və maaşdan əlavə evli qadınlar üçün nəzərdə tutulan aylıq mənzil kirayəsi haqqı alıb.

Bütün bunları Şimali Karolina ştatının Şərq inzibati dairəsinin prokuroru Maykl F.İzli hökmün çıxarılmasından sonra bildirib.

ABŞ ordusunda qadınlar

“Həsənovanın ABŞ qanunlarından yan ötmək planları iflasa uğrayıb və indi o, öz hərəkətlərinə görə məsuliyyətə cəlb olunub”, - Daxili Təhlükəsizlik Xidmətinin (HSI) Şimali Karolina və Cənubi Karolina ştatlarında əməliyyatları kurasiya edən xüsusi agenti Ronni Martines məhkəmədə bildirib. “ABŞ-ın immiqrasiya sisteminin bütövlüyünün müdafiə edilməsi həyati əhəmiyyət kəsb edir və HSI bu missiyaya prioritet diqqət ayırır”, - o əlavə edib.

Məryəm Həsənovanın işini ABŞ-ın Milli Təhlükəsizlik Araşdırmaları Xidməti, Federal Təhqiqatlar Bürosu, Feyetvill şəhəri üzrə (Şimali Karolina ştatı) terrorçuluqla mübarizə Birləşmiş əməliyyat qrupu, ABŞ ordusunda cinayət araşdırmaları İdarəsi və USCIS-in dələduzluğa qarşı mübarizə və milli təhlükəsizlik Şöbəsi araşdırıb. Onun cinayət işi və barəsində çıxarılmış hökm barədə məlumat ABŞ-ın Ədliyyə Departamentinin rəsmi saytında yer alıb.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
Polşa XİN: Rusiyanın NATO-ya hücumu Moskvanın məğlubiyyəti ilə nəticələnəcək
15:15 25.04.2024
Makron: "Avropanın ölmək riski var"
Makron: "Avropanın ölmək riski var"
15:10 25.04.2024
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kompleks tədbirlər həyata keçirir - VİDEO
15:00 25.04.2024
Umud Mirzəyev Elmira Süleymanovanın vəfatı ilə bağlı başsağlığı verib
14:54 25.04.2024
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
Keniyanın paytaxtında ölümcül daşqınlar fəlakətlərə səbəb olub
14:48 25.04.2024
Malıbəylidə kütləvi məzarlıq AŞKARLANDI
14:45 25.04.2024
Hamısı