İşığı kəsilən şəxs “Azərişıq” əməkdaşının maşınını yandırdı - ednews.net

24 Yanvar, Bazar ertəsi

İşığı kəsilən şəxs “Azərişıq” əməkdaşının maşınını yandırdı

Cəmiyyət A- A A+

Lənkəranda “Azərişıq” əməkdaşının maşınını yandıran şəxsə cinayət işi açılıb.

Lənkəran sakini Sabir Əliyev “Azərişıq” ASC-nin əməkdaşı Rauf Kərimovun “Ləvəngi dairəsi” kimi tanınan ərazidə park etdiyi “VAZ 21015” markalı avtomobilini yandırıb.

Avtomobilin müəyyən hissələri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Məlumata görə, yanğın zamanı avtomobilindən sənədlərini, pul və əşyalarını çıxarmaq istəyən Rauf Kərimov müəyyən dərəcədə yanıq xəsarətləri də alıb. Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev APA-ya açıqlamasında bildirib ki, Sabir Əliyev barəsində Cinayət Məcəlləsinin 221.1-ci və 186.2.2-ci maddələri ilə cinayət işi başlanılıb. S.Əliyev şübhəli şəxs qismində tutulub.

Müvafiq istintaq hərəkətləri davam etdirilir.

***

Lənkəran şəhərində vətəndaş onun işığını kəsən “Azərişığ”ın əməkdaşının maşınını yandırıb.

EDNews.net-in Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, şəhər sakini Sabir Əliyev evinə qanunsuz əlavə elektrik xətti çəkib. “Azərişıq” əməkdaşı Rauf Kərimov da həmin xətti kəsərək bununla bağlı akt tərtib edib.

Sabir Əliyev bundan əsəbiləşərək Rauf Kərimova məxsus, “Ləvəngi dairəsi” adlanan ərazidə saxladığı “VAZ 21015” markalı avtomobilin üzərinə benzin tökərək yandırıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər maşını söndürüblər.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...