Azərbaycan yeni minaaxtaran robotlar alacaq - Kəmaləddin Heydərov - ednews.net

18 Yanvar, Çərşənbə axşamı

Azərbaycan yeni minaaxtaran robotlar alacaq - Kəmaləddin Heydərov

Cəmiyyət A- A A+

"Azərbaycan azad olunan ərazilərdə təmizləmə işləri üçün yeni minaaxtaran robotlar alacaq".

EDNews.net-in xəbərinə görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda minaaxtaran mütəxəssislərin sayının artırılması prosesi də davam etdirilir: "Ermənilər həmin ərazilərdə çoxsaylı minalar basdırıblar. Bu ərazilər tez bir zamanda təmizlənməlidir ki, quruculuq və abadlıq işləri də sürətləndirilsin. Hazırda minaaxtaran cihazlarla yanaşı, həmçinin minaaxtaran robotların da alınması ilə bağlı işlər aparılır. Bu işləri Fövqaladə Hallar Nazirliyi ANAMA və Müdafiə Nazirliyi ilə birgə aparır. Bununla bağlı sürətli işlər görülür, məsələlər müzakirə edilir".

Nazir bildirib ki, ərazi yaşıllıq olduqca minaların axtarılması çətinləşir: "Amma artıq payız-qış mövsümüdür, otlar quruyur və mina axtarışları sürətləndirilib".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...