Saraydakı oğurluq Hikmət Mirzəyevin yaxın qohumunun evində baş verib - Rəsmi açıqlama - ednews.net

28 Yanvar, Cümə

Saraydakı oğurluq Hikmət Mirzəyevin yaxın qohumunun evində baş verib - Rəsmi açıqlama

Cəmiyyət A- A A+

"Ötən gün KİV-lərdə Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı məlumatlar araşdırılıb. Oğurluğun onun yox, yaxın qohumunun bağ evində baş verdiyi məlum olub".

EDNews.net xəbər verir ki, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

O bildirib ki, baş vermiş oğurluq hadisəsi ilə bağlı araşdırmalara başlanılıb: "Oğurluğu törətmiş şəxslərin müəyyən edilməsi və saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir".

Qeyd edək ki, yayılan məlumatda hadisənin Saray qəsəbəsində yerləşən evdə baş verdiyi, evdən külli miqdarda oğurluq edildiyi bildirilir.

Xatırladaq ki, H.Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı informasiya yayıldıqdan dərhal sonra Daxili İşlər Nazirliyi açıqlama verərək məlumatı təkzib etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...