Zelenski Boris Consonla Donbassı müzakirə etdi - ednews.net

19 Yanvar, Çərşənbə

Zelenski Boris Consonla Donbassı müzakirə etdi

Cəmiyyət A- A A+

Ukrayna prezidenti Vladimir Zelenskinin Böyük Britaniyanın baş naziri Boris Consonla telefon danışığı olub.

Xarici KİV-lər xəbər verir ki, telefon söhbəti zamanı tərəflər enerji təhlükəsizliyi məsələlərini və Ukrayna ətrafında gərginliyin azaldılması istiqamətində atılacaq addımları müzakirə ediblər.

“Boris Consonla məhsuldar söhbətim oldu. Biz enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik. Ukrayna ətrafında vəziyyətin deeskalasiyası və Donbassda sülh yolu ilə nizamlanma üçün gələcək addımları əlaqələndirdik. Böyük Britaniyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə güclü və sarsılmaz dəstəyini yüksək qiymətləndirirəm”, - deyə Zelenski Tvitterdə yazıb.

Britaniya baş nazirinin ofisi bildirib ki, Zelenski və Conson telefon danışığı zamanı Ukraynanın Rusiya ilə sərhədindəki vəziyyətlə bağlı Rusiya Federasiyası ilə dialoqun zəruriliyi barədə razılığa gəliblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...