Yevlaxda Nəriman Nərimanovun heykəli dağıdılıb - FOTOLAR - ednews.net

17 Yanvar, Bazar ertəsi

Yevlaxda Nəriman Nərimanovun heykəli dağıdılıb - FOTOLAR

Cəmiyyət A- A A+

Yevlaxda N.Nərimanovun heykəli dağıdılıb.

EDNews.net "Report"-a istinadən xəbər verir ki, hadisə Yevlax rayonunun Tanrıqullar kəndində olub.

Həmin kəndin sakini Mikayıl Zülfü oğlu Kərimov Nəriman Nərimanovun bu kəndin mərkəzində olan abidəsini söküb.

Tanrıqullar kənd icra nümayəndəsi Nəsib İsmayılov "Report"un yerli bürosuna heykəlin kənd sakini tərəfindən dağıdıldığını bildirib.

İcra nümayəndəsi qeyd edib ki, Nəriman Nərimanovun heykəli Tanrıqullar kəndində uşaq bağçasının həyətində olub: "90-cı illərin əvvəllərində heykəl baxımsız olsa da bu günüə qədər qalmışdı. Bir neçə gün öncə kənd sakini, Mikayıl Zülfü oğlu Kərimov həmin heykəli dağıdaraq yerində mağaza tikmək istəyib. Bu məqsədlə əraziyə müxtəlif tikinti materialları da tökülüb.Tərəfimizdən vətəndaşa xəbərdarlıq edilsə də buna məhəl qoyulmayıb. Tikinti işlərinin qarşısının alınması məqsədilə rayon məhkəməsinə rəsmi müraciət edilib. Məhkəmə qərarından sonra həmin yerdə qanunsuz inşa edilən tikinti dayandırılıb".

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...