Umud Mirzəyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb - ednews.net

17 Yanvar, Bazar ertəsi

Umud Mirzəyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Cəmiyyət A- A A+

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Mirzəyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda deyilir:

Möhtərəm Cənab Prezident! Sizi Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) və Fondun Qarabağ İnkişaf və Tədqiqat Mərəzinin adından 60 illik yubileyiniz münasibətilə təbrik edir, cansağlığı arzulayırıq. Ölkəmizi inkişaf yolu ilə aparan, zəfərlərimizin carçısı olan Ali Baş Komandan, Sizə bu çətin və şərəfli işinizdə uğurlarınızın davamlı olmasını diləyirik.

Cənab Prezident! Azərbaycan dövlətçiliyi tarixində uzunmüddətli - 30 illik konfliktə əzm və iradəniz, beynəlxalq nüfuzunuz və ən əsası Azərbaycan xalqının Sizə olan güvəni sayəsində son qoydunuz. Müzəffər Ali Baş Komandan, bu münasibətlə Sizi ayrıca təbrik edirik. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin edilməsi üçün bütün cəbhələrdə - həm diplomatiya, həm informasiya sahəsində, həm də Baş Komandan olaraq böyük əzmlə savaşdınız. Ümummilli lider Heydər Əliyevin Sizinlə bağlı Azərbaycan xalqına tarixi müraciətində “Mən ona özüm qədər inanıram” sözləri ilə göstərdiyi etimadı gözlərimiz qarşısında, alın açıqlığı ilə reallaşdırdınız. 

Siz nəinki Azərbaycan xalqının lideri, həm də qarşıdurma və qeyri-sabitliyin hökm sürdüyü Cənubi Qafqaz regionuna barış gətirən dünya miqyaslı nüfuza sahib dövlət başçısı, tarixə öz adını qızıl hərflərlə yazan sərkərdə kimi düşdünüz. Ümumi regional problemləri regional imkanlara çevirən, dünya dövlətləri ilə siyasi, ticari-iqtisadi, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsində əvəzsiz xidmətləri olan uzaqgörən dövlət başçısı olduğunuzu əməllərinizlə sübut etdiniz.

Sizin komandanlığınızla qazanılan qələbə sayəsində Azərbaycan artıq dünyanın heç bir xalqının nümayəndəsi qarşısında məğlub, məzlum görüntü almayacaq!

Bir daha bu əlamətdar gündə Sizi təbrik edir, bildirmək istəyirik ki, biz xalq olaraq Prezidentimizin ətrafında sıx birləşmişik!

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...