Yolları buz bağladı - DİN-dən açıqlama - VİDEO - ednews.net

21 Yanvar, Cümə

Yolları buz bağladı - DİN-dən açıqlama - VİDEO

Cəmiyyət A- A A+

Ölkə ərazisində havanın yağıntılı keçməsi, yağan qar yollarda avtomobillərin hərəkətinə müəyyən çətinliklər yaradıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan EDNews.net-ə verilən məlumata görə, gün ərzində hərəkətin tənzimlənərək xüsusilə yolayrıclarında nəqliyyatın sıxlığının baş verməsinin qarşısı alınıb.

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolda qalan avtomobillərin hərəkətini davam etdirməsinə köməklik göstəriblər.

Eyni zamanda yol polisi əməkdaşları qış təkərləri olmayan və texniki cəhətdən bu cür hava şəraitinə hazır olmayan nəqliyyat vasitələrinin sahiblərinə də qarlı-buzlu havada yola çıxmamağı tövsiyə ediblər.

Şimal rayonlarında yolları qar-buz tutub, hərəkət çətinləşib (FOTO/VİDEO) - Gallery Image

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...