“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 21 il ötür - ednews.net

19 Yanvar, Çərşənbə

“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 21 il ötür

Cəmiyyət A- A A+

“Azad Azərbaycan” telekanalının fəaliyyətə başlamasından 21 il ötür.

EDNews.net xəbər verir ki, ATV telekanalı 25 dekabr 2000-ci il tarixində özəl televiziya kanalı olaraq fəaliyyətə başlayıb.

“Azad Azərbaycan Teleradio Yayım Şirkəti” 13 may 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb, 25 dekabr 2000-ci il tarixində isə yayıma başlayıb. İlk efir vaxtlarında yayım saatını əsasən kliplər, bədii və cizgi filmlər təşkil edirdi. Lakin 2002-ci ildən “Son Xəbər” adlı xəbər verilişi ilə informasiya proqramlarının yayımına başlayıb. 31 dekabr 2007-ci il tarixinə qədər azərbaycanca verilişlərlə yanaşı, rus dilində də verilişlər də yayımlayırdı. Sonradan Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qanuna görə 2008-ci ildə tamamilə Azərbaycan dilində yayıma keçib. 2011-ci ildə telekanalda əsaslı dəyişikliklər başlayıb. Telekanalın rəhbərliyi dəyişdi. Həmçinin kanalın 10 ildən çox müddəti olan loqotipi də 10 may 2011-ci il tarixində dəyişdirilib. Verilişlərin məzmunu, keyfiyyəti yaxşılaşıb. Televiziyanın sutkalıq yayımı 24 saata çatdırılıb. Televiziyanın ümumi efir vaxtının 93 faizini şəxsi istehsal proqramları (verilişlər və yerli seriallar), 4 faizini xaricdə istehsal olunan filmlər, 3 faizini isə reklam materialları təşkil etməyə başlayıb. 

4 yanvar 2016-cı il tarixindən etibarən Rusiyanın “NTV Plus” kabel televiziyasında yayımlanır.

2022-ci il yanvarın 28-dan etibarən “Azerspace-1” peykində HD formatlı yayıma başlayacağı gözlənilir.

Oxu.Az kollektivi “Azad Azərbaycan” telekanalını təbrik edir, kollektivə işlərində daha böyük nailiyyətlər arzulayır.

 

Oxu.Az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...