Əflatun Amaşov: - "Bu kitab jurnalistlərin Qarabağdakı əməyinə verilən qiymətin bir başlanğıcdır" - ednews.net

17 Yanvar, Bazar ertəsi

Əflatun Amaşov: - "Bu kitab jurnalistlərin Qarabağdakı əməyinə verilən qiymətin bir başlanğıcdır"

Cəmiyyət A- A A+

“Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə  “Səngər adamları” adlı kitabın təqdimatı keçirilir.  

EDNews.net-in məlumatına görə, tədbirdə Respublikanın tanınmış imza sahibləri, politoloqlar, millət vəkilləri, media rəhbərləri və istər 44 günlük 2-ci Qarabağ savaşı dövründə, istərsə də 30 illik işğal zamanı Ermənistanın Azərbaycana qarşı haqsız müharibəsində canlarını fəda etmək uğrunda qələmini silaha çevirən azərbaycanlı jurnalistlər, eləcə də bu yolda canından keçib şəhidlik zirvəsinə ucalan söz sahiblərinin yaxınları iştirak edirlər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında BAMF Prezidenti Umud Mirzəyevə təşəkkür edib: “Umud Mirzəyevin gördüyü iş ölçüyəgəlməzdir. O, həqiqətləri dünyaya çatdırmaq üçün bu illər ərzində onlarla jurnalisti cəbhə bölgəsinə aparıb. BAMF-ın təşəbbüsü və dəstəyi ilə “Əl-Cəzirə” kimi ünlü bir telekanal Qarabağdan 5 film çəkib”.

Ə.Amaşov Qarabağ savaşında AzTV-nin müstəsna fəaliyyətindən də söz açıb: “Xarici telekanallar, siyasətçilər Qarabağla bağlı dünyaya məlumat ötürməkdən ötrü istinad kimi AzTV-dən istifadə ediblər. 44 günlük müharibədən AzTV-nin hər bir əməkdaşı əsgər kimi vuruşdu, kanal şəhid verdi. İkinci Qarabağ müharibəsinin şəhidləri arasında jurnalistlər Sirac Abışov və Məhərrəm İbrahimovun da adları var. 44 günlük müharibədə 27 azərbaycanlı jurnalisti döyüş bölgəsində idi. Bu kitab onların əməyinə verilən qiymətin bir başlanğıcdır. Əminəm ki bunun ardı gələcək, bu kitab jurnalistika fakültəsində dərs vəsaiti kimi istifadə olunacaq”.

Qeyd edək ki, kitab 162 səhifədən ibarətdir. “Səngər adamları”nın ideya müəllifi  Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, redaktorlar Cahangir Məmmədli, Mübariz Piri, tərtib edən Şöhrət Eyvazov, məsləhətçi Rey Kərimoğludur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...