Umayra Tağıyeva: "Xəzərin səviyyəsi 1 metrdən çox aşağı düşüb" - ednews.net

27 Yanvar, Cümə axşamı

Umayra Tağıyeva: "Xəzərin səviyyəsi 1 metrdən çox aşağı düşüb"

Cəmiyyət A- A A+

“2015-ci ildən Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşüb. 2015-ci ildən bu günə qədər 119 santimetr enmə baş verib. Bu il isə enmə 25-30 santimetr təşkil edib”.

EDNews.net-in məlumatına görə, bunu bu keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, bu il ərzində Əlif Hacıyev gəmisi ilə 4 dəfə təşkil olunan ekspedisiya zamanı elmi-tədqiqat və monitorinq işləri həyata keçirilib, maraqlı nəticələr əldə olunub: “İqlimin istiləşməsi Xəzərdə dəniz suyunun temperaturunun orta hesabla 1,2 dərəcə artmasına səbəb olub. Təbii ki, səviyyənin aşağı düşməsi fonunda bu amillərlə dəniz ekosistemi, biomüxtəlifliyi üçün əlavə risklər yaranır”.

U. Tağıyeva 2021-ci ilin yekununda səviyyənin daha da aşağı enəcəyinin gözlənildiyini bildirib: “Xəzər dənizinin səviyyəsinin gələcəkdə iqlim dəyişmələrinin təsiri nəticəsində daha da düşməsi probleminin müzakirəsi üçün Xəzəryanı ölkələrin və bu sahədə təcrübəsi olan beynəlxalq ekspertlərin iştirakı ilə 2022-ci ilin mart ayında seminarın keçirilməsi planlaşdırılır. Hövzə üzrə razılaşdırılmış səviyyə ssenarilərini və həyata keçiriləcək uyğunlaşma tədbirlərini birgə hazırlamaq üçün regional ekspert qrupunun yaradılması nəzərdə tutulur”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...