Bakı-Ələt yolunda 13 gün əvvəl qəzada xəsarət alan azyaşlı ölüb - ednews.net

28 Yanvar, Cümə

Bakı-Ələt yolunda 13 gün əvvəl qəzada xəsarət alan azyaşlı ölüb

Cəmiyyət A- A A+

Dekabrın 17-də Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alanlardan biri ölüb.

EDNews.net-in məlumatına görə, qəzada ağır xəsarət alan 2010-cu il təvəllüdlü Əli Əlilli ötən gün müalicə aldığı Klinik Tibbi Mərkəzdə dünyasını dəyişib.

Qeyd edək ki, dekabrın 17-də Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində, Bakı-Ələt yolunun 61-ci km-də 1985-ci il təvəllüdlü Gədəbəy rayon sakini İsmayılov Cəmşid Alı oğlu idarə etdiyi “Ford Transit” markalı, 99-CA-495 dövlət qeydiyyat nişanlı mikroavtobusla Qazax rayonu istiqamətində hərəkətdə olarkən qarşıda eyni istiqamətdə hərəkətdə olan 1984-cü il təvəllüdlü Saatlı rayon sakini Əliyev Rövşən Yaşar oğlunun idarə etdiyi “VAZ 2105” markalı, 50-DU-435 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

Qəza nəticəsində “Ford Transit” markalı mikroavtobusda olan sərnişinlər - 2010-cu il təvəllüdlü Əlili Əli Xaliq oğlu və 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə Təlfildar qızı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə, 1987-ci il təvəllüdlü Əliyeva Samirə Nüsrət qızı, 1980-ci il təvəllüdlü Əliyev Xaliq Şahbaz oğlu, 1994-cü il təvəllüdlü Mərdanov Zabit Rəhman oğlu travma şöbəsinə yerləşdirilib, 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə Fizuli qızı, 1968-ci il təvəllüdlü Ağabəyova Gülnaz Baba qızı, 1961-ci il təvəllüdlü Məmmədova Təranə Fərman qızı və 2008-ci il təvəllüdlü Əlili Nigar Xaliq qızı müayinə olunaraq evə buraxılıblar.

Hadisədən sonra tibbi müayinə zamanı “Ford Transit” markalı mikroavtobusun sürücüsü Cəmşid İsmayılovun narkotik vasitə olan marixuanadan istifadə etdiyi məlum olub və özü də bunu etiraf edib.

Bununla yanaşı müəyyən edilib ki, əvvəllər dəfələrlə məhkum olunmuş sürücü Cəmşid İsmayılov, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə, yəni yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozub başqa şəxslərin sağlamlığına zərər vurduğuna görə 2011-ci və 2013-cü illərdə cinayət məsuliyyətinə cəlb edilib.

Yol qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkən şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...