Azərbaycanlılar hazırda 55 milyondan cox olmaqla dünyanın hər yerində yaşayırlar - Deputatdan Həmrəylik Günü təbriki - ednews.net

19 Yanvar, Çərşənbə

Azərbaycanlılar hazırda 55 milyondan cox olmaqla dünyanın hər yerində yaşayırlar - Deputatdan Həmrəylik Günü təbriki

Cəmiyyət A- A A+

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin sədri Sadiq Qurbanov Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müraciət edib. Müraciətin mətnini təqdim edirik: 

Dəyərli Həmvətənlər! 
 
Sizi  31 dekabr - Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!
 
Azərbaycan xalqı dünyanın ən qədim, təqribən 5 min illik dövlətçilik ənənələrinə malik olan bir xalq olaraq özünəməxsus mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır.
 
Buna baxmayaraq, Azərbaycan dövləti müxtəlif zamanlarda müharibələr, inqilablar, hərbi münaqişələr nəticəsində parçalanıb, işğallara məruz qalıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, bu və ya digər səbəbdən doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar.
 
Anadolu türklərindən sonra dünyanın ikinci böyük türk xalqı olan azərbaycanlılar hazırda 55 milyondan cox olmaqla dünyanın hər yerində yaşayırlar.
 
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri ümummilli liderimiz Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, məhz bu tarixdən bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.
 
44 günlük “Vətən Müharibəsi”nin gedişindən və qazanılmış Şanlı Zəfərdən sonra torpaqlarımıza əyri gözlə baxan hər bir dövlət bilməlidir ki, qarşısında dünyaya şanlı tarix yazmış  AZAD TÜRK xalqı var!
 
Biz əminik ki, necə ki,  Heydər Əliyev idealogiyası yaşayır və müasir dünya siyasi arenasında qətiyyətli, qorxmaz  İlham Əliyev kimi lideri, Müzəffər Ali Baş Komandanı var, bu xalq hələ uzun illər şərəfli tarix yazmaqda davam edəcək!
 
Sizi bir daha yeni arzular gətirən YENİ İL və xüsusəndə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, müstəqil Azərbaycanımızın daim var olması, inkişafı naminə yorulmaz fəaliyyət arzulayıram!

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...