Tərtərdə mina təhlükəsizliyinə dair maarifləndirmə təlimi keçirilib - FOTOLAR - ednews.net

22 Yanvar, Şənbə

Tərtərdə mina təhlükəsizliyinə dair maarifləndirmə təlimi keçirilib - FOTOLAR

Cəmiyyət A- A A+

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) birgə təşkilatçılığı ilə "PSTM" layihəsi çərçivəsində Tərtər gəncləri üçün maarifləndirmə tədbiri həyata keçirilib.

EDNews.net-in məlumatına görə, təlim zamanı mina, onun növləri, partlayıcı və partlamamış hərbi sursatlarla bağlı təhlükəsizlik qaydaları, insanların "Böyük Qayıdış" zamanı davranış qaydaları, minalar və partlamamış hərbi sursatlarla qarşılaşdıqları zaman nə etməli olduqları haqqında vacib qaydalar çatdırılıb. Həmçinin qeyd edilib ki, əhalinin minalanmış ərazilərlə bağlı maarifləndirilməsi çox önəmli və əhəmiyyət kəsb edən məsələdir.

BAMF-ın regional koordinatoru Fariz Vəliyev proqram haqqında ətraflı məlumat verib, lazımi bilik və bacarıqları çatdırıb, sualları cavablandırıb.

Təlimlərdə BAMF-ın regional koordinatorları Fariz Vəliyev, Vüqar Yusifli, Vidadi Məmmədzadə, GİKM-inTərtər nümayəndəliyinin direktoru Ülfət Əlizadə və digər əməkdaşları iştirak ediblər.

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...