Yanvarın 19-da ali, orta ixtisas, peşə və ümumi təhsil müəssisələrində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan xüsusi dərslər keçiriləcək.
EDNews.net xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Tədbirlər Planına əsasən, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuz ikinci ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və "dəyirmi masa"ların da keçirilməsi nəzərdə tutulur.