Azərbaycanda bir ailənin 5 üzvü zəhərləndi - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Azərbaycanda bir ailənin 5 üzvü zəhərləndi

Cəmiyyət A- A A+

Zərdabda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

EDnews.net Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Alıcanlı kəndində baş verib.

Bir ailənin üzvləri - ata, ana, oğul və iki azyaşlı qız nəvəsi yaşadıqları evdə dəm qazından zəhərlənib.

Hüşsuz vəziyyətə düşən 1960-cı il təvəllüdlü Cavadov Əhsan  Cavad oğlu, 1963-cü il təvəllüdlü Cavadova Mətanət Rəsul qızı, oğulları 1989-cu il təvəllüdlü Elman Cavadov və nəvələri 2012-ci il təvəllüdlü Mətanət Elman qızı Cavadlı və 2013-cü il təvəllüdlü Zeynəb Elman qızı Cavadlı təcili xəstəxanaya çatdırılıb.

Əldə olunan məlumata görə zəhərlənən şəxslər arasında Mətanət Cavadovanın durumu daha ciddidir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...