Bakıda orta məktəblərin rus bölmələri üçün yazılmış 4-cü sinif "Rus dili" dərsliyində 1990-cı il 20 Yanvar qırğını ilə bağlı ciddi təhriflə yol verilib.
EDNews-un əldə etdiyi məlumata görə, sözügedən dərslikdə 20 yanvar hadisələri ilə bağlı yazılan mətndə qeyd edilir ki, Bakıda həmin qanlı gecədə şəhid olmuş dinc sakinlər guya sovet ordusu ilə Azərbaycan Xalq Cəbhəsinin (AXC) silahlı dəstələri arasında baş verən atışmada həlak olub.
Halbuki, 20 yanvar hadisələri AXC-yə məxsus silahlı dəstələr və XI Qızıl Ordu arasında toqquşma deyil, Sovet ordusunun dinc Bakı sakinlərinə qarşı törətdiyi kütləvi qırğın idi.
Qeyd edək ki, faktla bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə sorğu ünvanlanıb.