Ötən il Azərbaycana 791 min 983 əcnəbi vətəndaş gəlib.
EDNews.net xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov 2021-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
O həmçinin pandemiya səbəbindən ölkəyə girişin azaldığını söyləyib.
Bu il isə keçən ilin ilk ayı ilə müqayisədə ölkəyə gələn miqrantların sayı artıb.
Azərbaycana gələnlər əsasən Rusiya, Türkiyə, İran, Gürcüstan və Ukrayna vətəndaşlarıdır.
Hazırda ölkədə 129 min 590 əcnəbi və vətəndaşlığı olmayan şəxslər var. Daimi yaşamaq üçün icazələrin statistikasında 43,6 faiz artım var.