Ötən gün səhər saatlarında açılışı edilən Hacı Zeynalabdin Tağıyevin heykəli zədələnib.
Naməlum şəxs və ya şəxslər heykəlin əlindəki təsbehi qırıb.
Tağıyevin Bakıdakı heykəlinə zərər yetirən şəxslər müəyyən olunaraq saxlanılıb.
Bunu “EDNews”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
DİN rəsmisi hazırda araşdırmaların davam etdirildiyini bildirib.
E.Hacıyevin sözlərinə görə, heykəlin qoparılan elementi heykəltaraşın iştirakı ilə yerinə bərpa edilib.